Page 226 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 226
yam Somerset Moem

kərə yağında qızardılsın. Yağın müharibədən sonrakı
qiymətlərinin müqabilində bu əsl səxavət idi. Çərşənbə
günü səhər Kerri xala şərab ambarının açarını alıb şüşəni
klaretdən öz əliylə çıxarırdı. Sonra ikilikdə həftənin so-
nunacan qonaqlardan qalan şərabın axırına çıxırdılar.

Qarılar Culiyanı qanadları altına aldılar. Ona arpa
yarması yedirib həyəcanlanırdılar ki, birdən haradansa
yel vurar. Doğrusu, həyatlarının böyük hissəsini onlar
yelçəkəndən qorunmaqla keçirmişdilər. Onlar Culiyanı
divanda uzanmağa məcbur eləyirdilər. Qayğıyla nəzarət
edirdilər ki, ayaqlarını da bərk-bərk örtsün. Onlar geyi-
miylə bağlı Culiyaya irad tuturdular. Bu ipək corablar
elə nazikdi ki, hər şey görünür! Bəs donun altında nə
var? Əgər köynəkdən başqa heç nə olmadığını bilsə,
Kerri xala təəccüblənməyəcək.

Missis Lembert:
– O heç əyninə köynək də keçirmir, – dedi.
– Bəs onda əynində nə var?
Culiya:
– Tuman, – dedi.
– Və çox güman, bir də soutien-gorge1.
– Əlbəttə, yox.
Culiya kəskin etiraz etdi.
– Deməli, bacıqızı, sən donun altında tamam lütsən?
– Demək olar ki, hə.
Kerri xala ucadan:
– C`est de la folie2 – dedi.
Missis Lembert razılaşdı:
– C`est vraiment pas raisonnable, ma fille3.
Kerri xala əlavə etdi:
– Mən özümü ikiüzlü insan saymıram, amma de-
məliyəm ki, bu, sadəcə, abırlı deyil.

1 Soutien-gorge – büstqalter (fran.)
2 C`est de la folie – Bu ki, dəlilikdir (fran.)
3 C`est vraiment pas raisonnable, ma fille – Qızım, bu, doğrudan da, düz
hərəkət deyil (fran.).

226
   221   222   223   224   225   226   227   228   229   230   231