Page 231 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 231
Seçilmiş əsərləri
görə onu mükafatlandırmağın vaxtı çatıb. Mayklın ona
qarşı xeyirxahlığının oyatdığı hisslər Culiyanın canında
hələ də diriydi. Özünü ona layiq bilmirdi və bu günəcən
Maykla dözülməz münasibət göstərdiyinə görə əzab
çəkirdi. İngiltərəni özünü qurban vermək istəyiylə tərk
etməsi fikri əvvəlki kimi bütün şüuruna hakim kəsil-
mişdi. Culiya bu istəyin gerçəkləşməsi yolunda Çarlzı
ən münasib vasitə sayırdı. Çarlzın onun niyyətini başa
düşəndə necə heyrətlənəcəyini təsəvvürünə gətirib xəfif-
xəfif gülümsəyirdi. İlk anda o, sadəcə, qulaqlarına inan-
mayacaqdı, amma sonra necə bir ləzzət, ekstaz! Onun
neçə illərdən bəri yığılıb qalan məhəbbəti, qəflətən bü-
tün səddləri dağıda-dağıda Culiyanı da öz aşıb-daşan
selində boğacaqdı. Sonra onun sonsuz minnətdarlığını
gətirəndə Culiyanın ürəyi fərəhlə dolurdu. Hər halda,
taleyin, nəhayət, onun üzünə güldüyünə inanmaq Çarlz
üçün çətin olacaqdı. Hər şey geridə qalandan sonra onun
ağuşundaca Culiya bir az da Çarlza sığınıb nazla pıçıl-
dayacaqdı:
“Necə bilirsən, bu qədər gözləməyə dəyərdi?”
“Sən Yelena kimi mənə ölümsüzlük ölümü bəxş
etdin”1.
Məgər doğma bir insana bu xoşbəxtliyi bəxş etmək-
də təəccüblü nəsə var?
“Sen-Malonu tərk etmək ərəfəsində ona xəbər
eləyəcəm”. Culiya belə qərar verdi.
Yaz yerini yaya verdi və iyulun axırlarında əyin-baş
almaq üçün Parisə getmək lazım idi. Maykl mövsümü
sentyabrın ilk günlərində açmaq istəyirdi, odur ki, yeni
pyesin repetisiyaları avqustda başlamalıydı. Culiya Sen-
Maloya gedəndə asudə vaxtlarında oxumaq üçün pyesi
də özüylə götürmüşdü, amma oradakı şərait buna im-
1 K.Marlonun “Doktor Faustun faciəvi tarixçəsi” əsərindəki “Yelena, mənə
ölümsüzlüyü öpüşlə bəxş etdi” ifadəsi dəyişdirilərək işlədilib.
231