Page 235 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 235
Seçilmiş əsərləri
kənarında olduğu güman edilsə də, restoran ağzınacan
doluydu. Culiya təbəssümlə başını o yan-bu yana çevirə-
çevirə dostları salamlayırdı. Çarlzın ona deməyə sözü
çox idi və Culiya səngimək bilməyən maraqla qulaq
asırdı. Çarlza:
– Bütün dünyada sizin kimi həmsöhbət yoxdu, –
dedi.
Onlar restorana həm gec gəlmişdilər, həm də aram-
la nahar eləyirdilər. Odur ki, Çarlz brendini içib qurta-
randa artıq müştərilər şam yeməyinə yığılırdılar.
Çarlz saatına baxıb:
– İlahi, özün saxla, – dedi, – doğrudanmı, tamaşalar
artıq bitib? Sizinlə birlikdə olanda vaxt necə də tez gəlib
keçir. Necə bilirsiniz, buradakılar bizdən yaxa qurtar-
maq istəyirlər?
– Yıxılıb yatmağa heç həvəsim yoxdu.
– Yəqin, Maykl bir azdan evdə olar?
– Yəqin.
– Niyə axı bizə gedib bir az da orada çənə vur-
mayaq?
Bax, buna deyərlər, bir işarədən başa düşmək.
Culiya:
– Məmnuniyyətlə, – deyib, intonasiyasına utan-
caqlıq qatdı və hiss elədi ki, yanağında əmələ gətirdiyi
qızartı indi çox yaxşı görünür.
Onlar maşına əyləşib Hill-stritə yollandılar. Çarlz
onu öz kabinetinə gətirdi. Kabinet birinci mərtəbədəydi.
Düz döşəməyəcən gələn və xudmani bağa baxan iri, iki-
qatlı pəncərə taybatay açıq idi. Onlar divanda oturdular.
Culiya:
– Yuxarı işığı söndürün ki, qaranlıq otağa axsın –
deyib, ardınca “Venetsiya taciri”ndən bir iqtibas gətirdi: –
“Zərif mehin ağacları yaladığı həmin o gecədə...”
Çarlz qapaqlıdan savayı bütün lampaları söndürdü.
Təzədən gəlib oturanda Culiya ona qısıldı. O, Culiyanın
belini qucaqladı, o da başını Çarlzın çiyninə qoydu.
235