Page 236 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 236
yam Somerset Moem
Culiya pıçıltıyla:
– İlahi, nə yaxşıdı, – dedi.
– Mən sizdən ötrü dəhşətli darıxmışdım.
– Fürsət tapıb şuluqluq eləmədiniz ki?
– Hə. Enqrın (Jan Ogüst Dominik Enqr – fransız
rəssam, 1780-1867) şəklini almaq üçün bir qalaq pul xərc-
lədim. Getməzdən əvvəl mütləq onu sizə göstərəcəm.
– Yaddan çıxarmayın. Haradan asmısan?
Evə girdikləri ilk dəqiqədən Culiya öz-özünə sual
edirdi: onu harada yoldan çıxarsın, kabinetdə, yoxsa
yuxarıda?
Çarlz cavabında:
– Öz yataq otağımdan, – dedi.
“Doğrudan da, ora daha rahatdı”. Bu dəqiqə Culi-
yanın fikrində ancaq bu idi.
Culiya yazıq Çarlzın onu öz yatağına çəkmək üçün
bundan yaxşı bir şey fikirləşə bilmədiyini düşünəndə
gülməkdən özünü zorla saxladı. Bu kişilər necə də
axmaqdılar! Onların qətiyyəti həddini aşır və elə dərd
də burasındadı. Culiyanın ürəyindən ani bir ağrı qopdu.
O, Tomu xatırladı. Cəhənnəm olsun, Tom! Çarlz elə se-
vimlidir ki... Və Culiya onu bu uzunillik sədaqətinə görə
mükafatlandırmaq qərarından bir addım da çəkilən
deyil.
Culiya özünün azca xırıltılı sinə səsiylə:
– Siz mənə əsl dost olmusunuz. Çarlz, – dedi və ona
sarı elə döndü ki, sifətləri qabaq-qənşər dayana bilsin.
Dodaqları yenə ledi Hamiltonun dodaqları kimi azca
aralıydı. – Elə bilirəm, mən sizə qarşı heç də kifayət qə-
dər nəzakətli olmamışam.
Culiya dərilmək istəyən şaftalı kimi ağlı başdan
eləyəcək dərəcədə cəzbediciydi və bu anda öpüşdən ya-
yınmaq qeyri-mümkün idi. Sonra Culiya öz ağ, zərif əl-
ləriylə onun boynuna sarılacaq... Amma Çarlz, sadəcə,
gülümsədi.
236