Page 237 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 237
Seçilmiş əsərləri

– Belə deməyin, siz həmişə ürəyimi fəth etmisiniz.
(“Zavallı, quzum mənim, o, özünü tamam itirib!”)
– Məni heç vaxt, heç kim sizintək sevməyib.
Çarlz yüngülcə onu özünə tərəf çəkdi.
– Mən indi də sizi sevirəm. Bunu özünüz də bilirsiz.
Siz mənim həyatımda yeganə qadınsınız.
Təklif etdiyi dodağını Çarlz qəbul etmədiyindən
Culiya azca başını döndərdi. Fikirli-fikirli elektrik so-
basına baxdı. Heyif ki, yanmır. Bu mizansəhnədə yanar
soba çox yerinə düşərdi.
– Əgər o vaxt birlikdə Londondan qaçıb getsəydik,
həyatımız tamam başqa cür olardı. Çarlz, hey-hoy!
Bu nidadan tez-tez pyeslərdə istifadə olunsa da,
Culiya onun mənasını bilmirdi, amma ah kimi ağızdan
çıxan bu söz həmişə çox kədərli səslənirdi.
– Onda İngiltərə özünün nəhəng aktrisasını itirmiş
olardı. İndi mənə çatır ki, o vaxt sizə teatrı tərk etməyi
təklif edəndə necə xudbinlik eləmişəm.
– Uğur heç də hər şey demək deyil. Hərdən özümə
sual eləyirəm, görən, o vaxt o səfeh, o xırda şöhrət-
pərəstlik hisslərimi təmin etmək naminə həyatımın ən
böyük dəyərini qurban vermədinmi? Əslində, insanı
yaşadan yalnız məhəbbətdi.
Culiya yenə ona baxdı. Onun yaşla dolmuş gözləri
heç vaxt olmadığı qədər gözəl idi.
– Bilirsiz, əgər təzədən cavan olsaydım, elə bilirəm,
sizə qoşulub gedərdim.
Culiyanın əli aşağı sürüşüb onun əlini tapdı. Çarlz
onun əlini ürəkdən sıxdı.
– Ah, əzizim...
– Mən bizim arzularımızdan doğan o mülkü elə tez-
tez yadıma salıram ki! Zeytun ağacları, oleandrlar və
mavi dəniz, əmin-amanlıq və rahatlıq. Hərdən həyatımı
bürüyən bu yeknəsəqlikdən, üzücülükdən, kobudluq-
dan təngə gəlirəm. Siz isə mənə gözəllik vəd etmişdiz.

237
   232   233   234   235   236   237   238   239   240   241   242