Page 241 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 241
Seçilmiş əsərləri
başını arxaya atdı və əlini ağır-ağır boğazına tərəf
apardı. Bu duruş da əvvəlki kimi çox gözəl idi və həm
də Culiyaya danışmaq imkanı verirdi. Onun dərindən,
ucadan gələn səsi aşıb-daşan hisslərindən əsirdi.
– Ötən günlərimizi yada salanda sevinirəm ki, bizim
o keçmişimizdə bir-birimizi qınamaq üçün səbəb yoxdu.
Həyat bizim özümüzün yox, məhəbbətimizin öləri ol-
duğuna görə acıdı. (“Buna oxşar bir şey hansısa pyesdə
var”). Əgər məşuqəniz olsaydım, çoxdan sizi bezdirmiş-
dim. İndiyə nə qalardı? Yalnız öz zəifliyimə heyif-
silənmək. Şellinin o misrasını təkrar eləyin, indicə mənə
oxuduğunuz həmin o “...xoş günlərə qonaq...”
Çarlz düzəliş verib:
– Kitsin misrasıdı, – dedi – “...xoş günlərə qonaq
məhəbbətin də əbədi və nurludur...”
– Belə, belə. Bəs əvvəli?
Culiya vaxt udmalıydı.
– “...nə qədər canın sulu, ruhun durudur...”.
Culiya əllərini geniş açıb tellərini yellətdi. Bu an
üçün ən lazımlı jest idi.
– Tamamilə doğrudur. Əgər ani ehtirasa qurban ge-
dib dostluğumuzun bizə bəxş etdiyi bu böyük xoşbəxt-
likdən özümüzü məhrum etsəydik, nə qədər axmaq bir
iş görmüş olardıq. İndi heç nədən utanmalı deyilik. Biz
təmiz qaldıq. Biz bütün dünyanın düz gözünün içinə
baxmaqdan qorxmadan başımızı dik tutub gəzə bilərik.
Culiya daxilən hiss elədi ki, bu, pərdənin enməsi
ərəfəsində sonuncu replikadı. Ardınca sözlərinə jestlə
dayaq verərək, başını dik tutub qapıya tərəf getdi və onu
taybatay açdı.
Onun oynamaq həvəsi elə güclüydü ki, bu mizan-
səhnə ovqatı pilləkənin ən sonuncu pilləsinə qədər
davam elədi. Orada bu ovqatı çiynindən atdı və kölgə
kimi ardınca düşən Çarlza sarı dönüb qeyri-adiliklə:
– Mənim bürüncəyimi – dedi.
241