Page 242 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 242
yam Somerset Moem
Çarlz onu geyindirə-geyindirə:
– Maşın gözləyir, – dedi, – mən sizi evinizə qədər
ötürəcəm.
– Yox, icazə verin tək gedim. Mən bu axşamı
ürəyimə möhürləmək istəyirəm. Ayrılıq öncəsi məni
öpün.
Çarlz Culiyanın uzatdığı dodaqlarını öpdü. Culiya
hönkürtüsünü zorla içində boğub ondan qopdu və bir
hərəkətlə çıxış qapısını açıb onu gözləyən avtomobilə
sarı qaçdı.
Evə çatıb öz yatağına girəndə içindən ona yüngül-
lük gətirən xırıltılı hıçqırtı qopdu.
“Ağılsız qadın. Bu nə səfehlik idi. Şükür ki, yaxşı
qurtardım. O lap eşşəkmiş, yəqin, nəyə işarə vurdu-
ğumu başa düşmədi”. Amma, hər halda, Çarlzın don-
muş təbəssümü Culiyanı şübhələndirmişdi. “Ola bilsin,
o, əvvəl-əvvəl nəsə güman eləmişdi, amma sonra səhv
elədiyinə tamamilə əmin olmuşdu. İlahi, mənim ağlım
nədən belə azmışdı?! Xoşbəxtlikdən, hər şey yaxşı
qurtardı, onun xəbəri belə olmadı. Yaxşı ki, vaxtında
ayıldım. Bir dəqiqə də ötsəydi, paltarım əynimdən
çıxacaqdı. Zarafat məsələ deyil”.
Culiya güldü. Əlbəttə, alçaldıcı vəziyyət idi, o,
axmaq yerində qalmışdı, amma əgər səndə azca da olsa
yumor hissi varsa, hər şeydə gülməli nəsə tapa bilə-
cəksən. Heyif ki, kiməsə ürəyini boşalda bilməz. Özünü
gülünc yerinə qoysa da, bu, çox əla əhvalatdı. Yalnız bir
şeylə barışa bilmirdi. O, Çarlzın illər uzunu əbədi
məhəbbət mövzusunda oynadığı komediyaya inan-
mışdı. Əlbəttə, bu, görüntü imiş. Sadiq aşiq rolunda ol-
maq Çarlza, sadəcə, xoş gəlirmiş və ondan ötrü belə
görünür, bu sədaqətinin mükafatlandırılması heç də
əsas deyilmiş.
“Məni barmağına doladı, burun dəsmalı kimi silib
atdı!”
242