Page 245 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 245
Seçilmiş əsərləri
– Evi, nə vaxtsa küçədə sənə ilişən olubmu?
– Mənə? Qoy bir cəhd eləsinlər!
– Doğrusunu desəm, mən istərdim, kimsə belə bir
cəhddə bulunsun. Qadınların əksəriyyəti kişilərin on-
ların dalınca düşmələrindən həvəslə danışırlar. Deyirlər
ki, onlar piştaxtanın yanında dayananda kişilər yaxın
gəlib onların baxışlarını tutmaq istəyirlər. Hərdən eləsi
olur ki, ondan qopmaq müşkülə dönür.
– İyrənclik! Mən buna ancaq belə ad verərdim.
– Bilmirəm, amma, məncə bu, xoş bir şeydi. Bilirsən,
qəribəsi nədi, hələ bu vaxtacan kimsə, nə vaxtsa mənim
dalımca düşməyib. Kiminsə, haçansa mənə ilişdiyi ya-
dıma gəlmir.
– Bir axşam Edvard–roudla gəzişin, görün, sizi
rahat qoyurlar?
– Onda başıma nə çarə qılım?
Evi fikirli-fikirli:
– Polismen çağırın, – dedi.
– Bir tanış qız mənə danışırdı ki, o, şlyapa mağa-
zasının şüşəsinin qarşısında dayananda bir kişi ona
yaxınlaşıb. Həmin kişi ondan bu şlyapanı almaq istəyib-
istəmədiyini soruşanda o, çox istədiyini deyib, ardınca
da içəri keçiblər. O, özünə şlyapa seçib, satıcıya öz adını,
ünvanını verəndə kişi dərhal pulu nəğd ödəyib. Onda
qız ona dərin təşəkkürünü bildirib. Kişi pulun qalığını
gözləyən müddətdə mağazadan çıxıb.
Evi burnunu çəkib şübhəli-şübhəli baxdı:
– O qız yalandan sizə belə danışıb, – dedi və sonra
heyrətlə Culiyaya baxıb əlavə etdi. – Siz nəyə işarə
eləyirsiz?
– Heç nəyə. Sadəcə, fikirləşirəm, görən, nə səbəbə
kişilər mənə ilişmirlər, belə baxanda məndə kifayət qə-
dər seksual cazibə var.
Bəlkə, doğrudan da, yoxdu? Culiya bunu həyatda
yoxlamaq qərarına gəldi.
245