Page 248 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 248
yam Somerset Moem

çox da dərinə getmək niyyətində deyildi, amma, hər hal-
da, maraqlıdır, görən, o gəncin növbəti addımı nə ola-
caq. Ona nə deyəcək? Culiya xoş bir gərginlik içindəydi,
elə bil çiynindən yük götürülmüşdü. O, ağır-ağır irəli
addımlayır, gənc insan da ardınca gəlirdi. Culiya növbə-
ti mağazanın qarşısında ayaq saxladı. Bu dəfə həmin
gənc düz onun arxasında dayandı. Ürəyi aman ver-
mədən döyünürdü. Oxşayır ki, onu əməlli-başlı macəra
gözləyir.

“Məni hara aparacaq? Mehmanxanaya? Çətin, cibi
buna imkan verə. Yəqin, kinoya dəvət eləyəcək. Ay məzə
olacaq ha!”

Gəncin düz gözlərinin içinə baxan Culiyanın
dodaqları yüngülcə gülürdü. Həmin gənc şlyapasını
çıxardı.

– Səhv etmirəmsə, siz miss Lembertsiz.
Çaşıb qaldı. Doğrusu, elə yerdə axşamlamışdı ki,
etiraz eləmək, hətta ağlına belə gəlmədi.
– Mənə elə gəldi ki, sizi o saatca tanıdım. Zənnimdə
yanılıb-yanılmadığımı dəqiqləşdirmək üçün təzədən
qayıtdım. Öz-özümə dedim ki, əgər bu qadın Culiya
Lembert olmasa, adımı dəyişərəm. Elə bu məqamda
bəxtim gətirdi. Şüşənin qarşısında ayaq saxlayanda sizə
diqqətlə baxmağa imkanım oldu. Şübhəmin yeganə
səbəbi bilirsiz nə idi? Sizə məhz burada – Edvard-
roudda rast gəlməyim. Bura axı sizin kimilər üçün mü-
nasib yer deyil. Nə demək istədiyimi başa düşürsüz?
Məsələ həmin gəncin fikirləşdiyi o münasiblikdən
çoxdan keçmişdi. Amma bir halda ki, o, onun kimliyini
bilmişdi, deməli, qalan şeylərin mənası itmişdi. Axı gec-
tez onu tanıyacaqları necə olmuşdu ki, ağlına gəlmə-
mişdi? Danışığından görünür ki, bu cavan oğlan
koknidi. Onun sifəti solğun və şişkin idi. Culiya şən dost
təbəssümüylə onun üzünə baxdı. Qoy Culiyanı mıs-
mırığı sallanmış qiyafədə görməsin.

248
   243   244   245   246   247   248   249   250   251   252   253