Page 251 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 251
Seçilmiş əsərləri

– Bu nə deməkdi? Məgər elə fikirləşirsiz ki, mən sizi
pul xərcləməyə qoyaram? Bura mən sizi dəvət eləmişəm.

– Çox təşəkkür edirəm.
– Amma bilirsiz sizə nə deyəcəm: icazə verin, bir
gün nişanlımı sizin odaya gətirim. Sadəcə, onunla
salamlaşın, vəssalam. Sevincindən havalanar. Ömrünün
axırınacan rastına çıxan hər kəsə bu görüşdən danışacaq.
Ünsiyyətlərinin son dəqiqələrində Culiya onsuz da
özünü soyuq aparırdı, o gəncin bu təkəbbürü isə onu
özündən çıxardı.
– Təəssüf eləyirəm, amma deməliyəm ki, biz kənar
şəxslərin pərdə arxasına keçməsinə icazə vermirik.
– Bağışlayın. Bu xahişimə görə incimədiz ki, hə?
Demək istəyirəm, mən özümə görə istəmirəm.
– Qəti. Mən sizi yaxşı başa düşürəm.
Culiya ağır-ağır yolla sürünən taksini saxladıb o
gənc insana əlini uzatdı.
– Xudahafiz, miss Lembert. Sizə uğurlar, yaxşılıqlar,
buna oxşar şeylər arzulayıram. Avtoqrafa görə təşəkkür
eləyirəm.
“Qaba heyvan! Səni görüm cəhənnəmə gedəsən
öz... nişanlınla birlikdə. Həyasızlığa bir bax! Soruşur,
pərdə arxasına keçə bilərəmmi? Özü də kimin, kimin
mənim yanıma? Mənim yanıma!”
Evə çatan kimi öz otağına qalxdı. Şlyapasını başın-
dan çıxarıb çarpayısının üstünə tulladı. Yeyin addımlarla
güzgüyə yaxınlaşıb özünə baxdı. Dilinin altında mızıl-
danmağa başladı.
– Qarısan ki qarı. Hansı tərəfdən baxsan, məndə
seksuallıq deyilən şeydən əsər-əlamət belə yoxdu.
İnanılmazdı, hə? Sağlam düşüncəylə baxanda çox zid-
diyyətli məsələdi. Bunu axı necə izah eləyəsən? Mən rol
üçün lazım olan libasda Edvard-roudu o baş-bu baş
ələk-vələk eləyirəm, bir it də mənə gözünün qırağıyla
baxmır. O bir nəfərə də, demə, xanım-xatını üçün mənim
avtoqrafım lazımmış. Bu inanılmazdı. Cinsi bilinməyən

251
   246   247   248   249   250   251   252   253   254   255   256