Page 256 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 256
yam Somerset Moem

da Onora da məlumat verməyi qərara alırlar. Onların tə-
əccübünə rəğmən qızın tükü də tərpənmir. Demə, onun
əvvəlcədən xəbəri varmış. O, ögey anasına belə deyir:

“Bu xəbəri eşidəndə dəhşətli dərəcədə sevindim.
Bilirsiz, əzizim, nəhayət, kimsə onun yataqda necə
olduğunu mənə deyə biləcək”.

Bu, Evis Kraytonun özünü göstərmək üçün ən
dolğun mizansəhnəsi idi. Düz on dəqiqə çəkirdi və
Maykl lap əvvəldən bu səhnənin tamaşaçı üçün necə
vacib, həm də effektli olduğunu yaxşı başa düşürdü.
Soyuq, quru və gözoxşayan Evis bu səhnə üçün lap
göydəndüşmə idi. Amma bir neçə repetisiyadan sonra
Maykl şübhələnməyə başladı ki, Evisin bundan artığına
qabiliyyəti çatmır. Odur ki, Culiya ilə məsləhətləşmək
qərarına gəldi.

– Səncə, Evis necədi?
– Qəti söz demək çətindi. Hələ çox tezdi.
– Nəsə gözüm su içmir. Deyirdin ki, o, əsl aktrisadı.
Nədənsə mən hələ bir şey görmürəm.
– Bu hazır roldu. Onu korlamaq, sadəcə, mümkün
deyil.
– Hazır rol adlı bir şeyin olmadığını sən heç də
məndən pis bilmirsən. Rol nə qədər yaxşı olsa da, onu
oynamaq lazımdı, içində nə varsa, dartıb çıxarmaq
lazımdı. Bəlkə, nə qədər gec deyil Evislə vidalaşıb yerinə
bir başqasını götürək?
– Bu elə sadə məsələ deyil. Hər halda, düşünürəm,
ona özünü göstərməsi üçün imkan yaratmaq lazımdı.
– Şəxsən özü elə yarıtmaz, jestləri elə mənasızdı ki!
Culiya fikrə getdi. Evisin pyesin iştirakçıları siya-
hısında qalmasını istəməsi üçün onun kifayət qədər əsa-
sı var idi. Culiya artıq onu tanıya bilmişdi və əmin idi ki,
əgər onu kənarlaşdırsalar, Toma deyəcək ki, guya Culi-
ya qısqanclıqdan belə eləyib. Tom onu sevir və təbii ki,
hər sözünə inanacaq. Tom da durub fikirləşər ki, Culi-

256
   251   252   253   254   255   256   257   258   259   260   261