Page 261 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 261
Seçilmiş əsərləri

muşdu ki, eşidənlərin gülməkdən gözləri yaşarırdı.
Deyirdilər ki, onun bu hekayəti heç bir pyesdən aşağı
deyil. Culiya özü isə, təvazökarlıqdan uzaq olsa da, onu
əksər pyeslərdən üstün sayırdı. Culiya San-Malo sərgü-
zəştlərini Rocerə danışdı. O, anasını özünün ləngərli və
təmkinli təbəssümüylə dinlədi və Culiyada elə də xoş ol-
mayan belə bir hiss yarandı ki, bu söhbət oğluna onun
özünə olan qədər gülməli görünmədi. Culiya ürəyində
ah çəkdi. Zavallı quzum, görünür, onda yumor hissi
tamam yoxmuş. Rocerin hansısa bir iradı Culiyaya “İn-
diki zəmanə”dən danışmağa imkan yaratdı. O, pyesin
süjetini, öz rolunu necə təsəvvür etdiyini Rocerə danışdı,
cəlb olunan aktyorları və dekorasiyanı təsvir etdi.
Naharın sonunda qəflətən ağlına gəldi ki, bayaqdan elə
özündən danışır. Bu, necə olub? Onda belə bir şübhə
əmələ gəldi ki, işləri və özü haqqında sorğulardan
yayınmaq üçün Rocer bilərəkdən söhbəti bu məcraya
yönəldib. Amma çətin. Rocerin buna ağlı çatmazdı. Bir
qədər sonra onlar qonaq otağında əyləşib siqaret çəkə-
çəkə radionu dinləyəndə Culiya, nəhayət, əvvəlcədən
hazırladığı sualı çox təbii şəkildə oğluna verməyə fürsət
tapa bildi:

– Nə olmaq istədiyini artıq müəyyən eləmisənmi?
– Yox hələ. Nədi, belə tələsik məsələdi?
– Özün bilirsən ki, mənim belə işlərdən başım
çıxmır, amma atan deyir, əgər sən vəkil olmaq istəyir-
sənsə, Kembricdə hüquqşünaslıq təhsili almalısan. O biri
tərəfdən əgər diplomatik sahə daha ürəyincədirsə, onda
xarici dilləri öyrənməyə başlamalısan.
Rocer həmin o məlum nəzərlərini ona elə uzun
müddət dikib qaldı ki, Culiya öz sifətindəki şən,
qayğısız, həm də hər cizgisindən nəvaziş yağan ifadəni
zorla saxlaya bildi.
Nəhayət, Rocer:
– Əgər Tanrıya inansaydım, ruhani olardım – dedi.

261
   256   257   258   259   260   261   262   263   264   265   266