Page 263 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 263
Seçilmiş əsərləri

– Biz aktyoruq, özü də naxışı gətirən aktyoruq. Ona
görə də doğulduğun gündən səni cah-cəlal içində
saxlaya bilmişik. Neçə aktyorun öz uşağını İtona gön-
dərdiyini saymağa sənin bir əlin kifayət eləyər.

– Mənə elədiklərinizə görə sizə minnətdaram.
– Bəs onda bizi nədə ittiham eləyirsən?
– Mən sizi ittiham eləmirəm. Siz bacardığınızı mənə
verdiniz, amma bədbəxtliyim ondadı ki, əvəzində
inamımı aldınız.
– Biz heç vaxt sənin inamına müdaxilə eləməmişik.
Biz aktyoruq, istəsən də, istəməsən də, həftədə səkkiz
tamaşa verəndən sonra, heç olmasa, bir bazar sərbəst
olmaq istəyirsən. Mən, təbii ki, elə bilirdim, bütün bun-
larla məktəbdə məşğul olacaqlar.
Rocer susmuşdu. Təzədən söhbətinin davamını
gətirmək üçün, elə bil canına güc gəldi.
– Bir gün – onda mənim on dörd yaşım olardı, hələ
lap uşaq idim – pərdə arxasından sənin necə oynadığına
tamaşa eləyirdim. Bu, yəqin ki, çox yaxşı səhnə idi, sənin
sözlərin elə səmimi, elə təsirliydi ki, özümü saxlaya
bilməyib ağladım. Bütün içim od tutub yanırdı, o hiss-
lərimi sənə heç cür çatdıra bilmərəm. Özümdə daxilən
qeyri-adi bir güc hiss elədim. Sənə elə rəhmim gəldi ki,
yolunda hər şeyə hazır idim. Mənə elə gəlirdi ki, daha
heç vaxt nə yaramaz bir hərəkət eləyə bilərəm, nə də
gizli bir iş tutaram. Amma işə bir bax ki, elə bu vaxt sən
səhnə arxasına, düz mənim dayandığım yerə keçirsən.
Göz yaşların hələ də yanaqlarını islada-islada arxa zala
baxa-baxa cır bir səslə: “Bu heyvan işıqçı axı sofitlərlə
niyə belə oynayır. Axı ona tapşırmışdım ki, göy işığı
yandırmasın” – dedin. Sonra nəfəsini də dərmədən təzə-
dən çığırtıyla zala sarı dönüb, içinin ağrılarından qıvrıla-
qıvrıla səhnənin davamını gətirdin.
– Amma axı bu, oyundu, əzizim. Əgər aktrisa yarat-
dığı hissləri həm də yaşasa, buna ürəkmi dözər? Mən o

263
   258   259   260   261   262   263   264   265   266   267   268