Page 268 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 268
yam Somerset Moem
həqiqətin yerini soruşa bildim. Əgər məlum olsa ki,
axtardığımı ancaq ruhaniyyətdə tapa bilərəm, onda mən
batdım.
Culiya narahat oldu. Rocerin dediklərini heç cür
həzm eləyə bilmirdi, onun sözləri beynində misra kimi
səslənirdi və əsas olan o sözlərin mənası yox, ona “çatıb-
çatmaması” idi. Amma Rocerin dərin həyəcanını Culiya
da hiss eləyirdi. Əlbəttə, hələ onun cəmi on səkkiz yaşı
var, dediklərini ciddi qəbul eləmək axmaqlıq olar.
Culiyanın istər-istəməz ağlına gəldi ki, o, dostlardan
hansısa birinin təsiri altına düşüb, həm də bir az özünü
göstərir. Və bir də ki indi axı kimin öz şəxsi təsəvvürü
var, hansı biri az da olsa, özünü başqa cür qələmə ver-
mir? Amma tamamilə mümkündü ki, Rocer indi
dediklərini həm də yaşayır və onun sözlərinə həddən
artıq laqeyd yanaşmaq onun tərəfindən yaxşı olmazdı.
Culiya:
– Nəyi nəzərdə tutduğun indi mənə aydın oldu, –
dedi. – Mənim ən böyük arzum səni xoşbəxt görməkdi.
Atanı özüm razı salaram, sən istədiyin kimi elə. Başa
düşürəm ruhunun xilası üçün sən özün yollar tap-
malısan. Amma, bəlkə, səndə bu fikirlər, sadəcə, özünü
pis hiss eləməyindən, yaxud melanxoliyaya meyillən-
məyindən yaranıb. Sən Vyanada tamam tək olmusan,
yəqin, çoxlu kitab oxumusan. Əlbəttə, atanla mən başqa
nəslə mənsub insanlarıq, sənə çətin ki, köməyimiz dəyə.
Niyə axı bütün bunları yaşıdlarından biriylə müzakirə
eləməyəsən? Məsələn, Tomla?
– Tomla? O bədbəxt təqlidçiylə? Onun həyatda
yeganə arzusu centlmen olmaqdı, amma bilmir ki, buna
nə qələr çox cəhd eləyirsə, bir o qədər də şansı azalır.
– Mən də elə bilirdim, o, sənin xoşuna gəlir. Ötən
yay Teplouda sən onun yanıyla kölgə kimi sürünürdün.
– Ona qarşı heç bir iradım yoxdu. Özü də o vaxt o,
mənə lazım idi. Ondan xeyli bilmədiyim şey öyrəndim.
268