Page 271 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 271
Seçilmiş əsərləri
hələ, üstəlik, pərəstişkarlarım da cismən olmasa da,
əlbəttə ki, həmişə mənimlədi. Rocer barəsində Çarlzla
danışmaq lazımdı”.
Təəssüf ki, Çarlz Temerli şəhərdə deyildi. Amma
baş məşq və premyeraya özünü çatdırmaq üçün yaxın
günlərdə qayıdıb gələcəkdi. İyirmi ildə o, bir dəfə də bu
hadisələri qaçırmamışdı və baş məşqdən sonra onlar
həmişə ikilikdə şam eləyirdilər. Maykl teatrda qalıb
işıqlandırma və sair məsələlərlə məşğul olacaqdı və
Culiya gününü Çarlzla ikilikdə başa vuracaqdı.
Culiya öz rolunu hazırlayırdı. O, oynayacağı per-
sonajı heç də düşünərək yaratmırdı, onda öz qəhrə-
manının, necə deyərlər, içinə girmək məharəti var idi. O,
onun düşüncələriylə düşünür, hissiyyatıyla hiss edirdi.
İntuisiyası Culiyaya yüzlərlə xırda ştrixlər diktə
edirdi ki, bu da sonradan tamaşaçıları heyrətə gətirirdi.
Amma Culiyadan bu ştrixləri haradan götürdüyünü
soruşanda cavab verə bilmirdi. İndi o göstərmək
istəyirdi ki, qolf oynamağı sevən, kişi məclisində doğma
insan sayılan, özünün bütün sərbəstliyi və üzdən
görünən qayğısızlığıyla yanaşı, əslində, dəlicəsinə ərə
getməyi arzulayan, cəmiyyətin orta təbəqəsini təmsil
edən bir qadındı. Ərə getmək isə ona ayaqlarını yerə
möhkəm dayamağa imkan verəcək.
Maykl baş məşqə adamların axınla gəlməsinə heç
vaxt icazə vermirdi. Bu dəfə də publikanı məhz premye-
ra günü heyrətləndirmək naminə Çarlzdan savayı, zala
yalnız fotoqrafı və geyim üzrə rəssamı buraxmışdı ki,
onların da burada iştirakı qaçılmaz idi. Culiya yarı
gücüylə oynayırdı. O, premyeraya qədər bacardığının
heç də hamısını ortaya qoymaq fikrində deyildi. İndi
ona, ifasında sadəcə peşəkarlıq nümayiş etdirmək
kifayət idi. Təcrübəli Mayklın rəhbərliyi altında hər şey
yağ kimi gedirdi və artıq axşam saat onda Culiya Çarlzla
“Savoy”un zalında əyləşmişdi. Çarlza verdiyi ilk sual
Evis Kraytonla bağlı oldu.
271