Page 275 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 275
Seçilmiş əsərləri
lama hesab eləyirəm. Vyanada uşağın başını əməllicə
doldurublar. Bilsəydik, onu ora buraxmazdıq.
– Ola bilsin, siz haqlısız. Ola bilsin ki, iki ildən sonra
göydən yerə enəcək, taleyilə barışıb buranın qanun-
larıyla yaşayacaq. Bəlkə, axtardığını da tapacaq: dində
olmasa da, incəsənətdə.
– Əgər nəzərdə teatrı tutmusuzsa, mən qəti istə-
məzdim ki, Rocer səhnəni seçsin.
– Yox, çətin ki, o, teatrı bəyənə.
– Həm də ondan dramaturq çıxmaz, bu, öz yerində.
Çünki qəti yumor hissi yoxdu.
– Hə, elə bilirəm, diplomatiya sahəsi Rocerə hər şey-
dən daha uyğun gələr. Yumor hissindən məhrumluq bu
işdə üstünlük sayılır.
– İndi siz mənə nə məsləhət görürsüz?
– Heç nə. Ona toxunmayın. Bu, belə görünür ki, in-
diki halda sizin ona ən böyük yaxşılığınız olar.
– Amma mən həyəcanlanmaya bilmirəm axı.
– Bunun üçün heç bir əsas yoxdu. Siz elə bilin ki,
şuluq bir ördək balası doğmusuz, amma nə bilmək olar,
vaxt gələr, o, ağ qanadlı durnaya çevrilər.
Çarlz Culiyanın etimadını doğrultmadı. Culiya on-
dan tamam başqa şey gözləyirdi. O, Çarlzın onun dər-
dinə şərik olmasını istəyirdi. Culiya düşüncələrə qərq
oldu:
“Yazıq qocalır. Başı daha əvvəlki kimi işləmir.
Yəqin, neçə ildi, impotentdi. Necə olub, əvvəllər duyuq
düşə bilməmişəm?”
Culiya saatı soruşdu.
Yəqin, durub getmək vaxtıdı. Bu gecə doyunca
yatmalıydı.
Culiya gecəni yaxşı yatdı və yuxudan oyananda
əhvalı çox yaxşı idi. Axşam premyeradı. Sevinc dolu
həyəcanla xatırladı ki, dünən repetisiyadan sonra teatr-
dan çıxanda insanlar kassanın qarşısına yığılmağa baş-
275