Page 274 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 274
yam Somerset Moem

– Maraqlıdır, görən, “Hamlet”də oynamaq üçün
mən çoxmu yaşlıyam?

– Herturda rolu elə uduşlu deyil.
Culiya gülməkdən qəşş elədi.
– Ay Çarlz, məzəniz olsun. Mən heç də kraliçanı
oynamağa hazırlaşmıram. Mən Hamleti oynamaq istər-
dim.
– Məgər siz elə düşünürsünüz ki, bu rol qadın üçün
yarayar?
– Missis Siddons onu oynamışdı, Sara Bernar da. Bu
mənim karyeramda əbədi möhür olardı. Nə demək istə-
diyimi anlayırsız da? Əlbəttə, onun öz çətinlikləri də var.
Məsələn, həmin o ağ şeir.
– Eşitmişəm, bəzi aktyorlar onu elə deyirlər ki, elə
bil nəsrdi.
– Elədi, amma hər ikisi elə bir şeydi, düz demirəm?
– Siz Rocerlə istimi rəftar elədiz?
Çarlzın qəflətən köhnə mövzuya qayıtması Culiyanı
təəccübləndirsə də, sualı təbəssümlə cavablandırdı:
– Hədsiz dərəcədə.
– Gənclərin bu özündənrazılığına rahat yanaşmaq
çox çətindi. Onlar iki dəfə ikinin dörd olduğunu bizə ye-
nilik kimi təqdim eləyirlər, toyuğun yumurtlaması
barədə heyrətlərini onlarla bölüşməyəndə dilxor olurlar.
Onların beynində boş şeylər çoxdu, amma həm də təkcə
boş şeylər yoxdu. Biz onlara dayaq olmalıyıq, onları başa
düşməyə çalışmalıyıq. Yadda saxlamalıyıq ki, həyatla ilk
dəfə üzbəsurət dayanan insan çox şeyləri unudub, çox
şeyləri öyrənmək istəyir. İnsan üçün öz ideallarından
imtina etmək elə də asan deyil, bizim gündəlik həya-
tımızın qəddar gerçəkliyi isə acı dərman kimidi.
Gəncliyin mənəvi çırpıntıları çox amansız olur, onlara
kömək etmək üçün bəzən bizlər də aciz qalırıq.
– Doğrudanmı, siz Rocerin bu səfehləmələrində
nəsə olduğunu düşünürsüz? Mən bunları ancaq sayıq-

274
   269   270   271   272   273   274   275   276   277   278   279