Page 277 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 277
Seçilmiş əsərləri
– Culiya.
Arxaya qanrıldı və Tom bütün sifətinə yayxanan
təbəssümlə gəlib ona çatdı. Culiya Fransadan qayıdan-
dan bəri onu görməmişdi. O, qəhvəyi şlyapada və boz,
biçimli kostyumda çox yaraşıqlı görünürdü. Sifətinin
dərisi gündə yanmışdı.
– Elə bilirdim, Londonda deyilsən.
– Bazar ertəsi gəlmişəm. Sənin başın son məşqlərə
qarışdığına görə zəng eləmirdim. Bu gün teatrda ola-
cam. Maykl mənə parterdə kreslo ayırıb.
– Çox gözəl.
Şübhəsiz, Tom onu görməyinə şad idi. Onun özü
də, gözü də işım-işım yanırdı. Culiya məmnunluqla hiss
elədi ki, Tomla görüş onun ruhunu belə tərpətmədi. Və
onlar söhbətə davam elədikləri müddətdə özünə sual
etdi ki, əvvəllər onu belə dərindən həyəcanlandıran nə
imiş, görən?
– Sən inandıqlarının canı, nədən belə tək-təkinə
şəhəri gəzmək qərarına gəlmisən?
– Hava almağa çıxdım. Elə indicə qayıdıb bir çay
içəcəkdim.
– Gedək, çayı mənimlə içək.
Onun mənzili yaxınlıqdakı dalandaydı. Tom
Culiyanı da elə öz qapısına yaxınlaşanda görmüşdü.
– İşdən belə tez çıxmısan?
– İndi idarədə iş elə də çox deyil. Bilirsən, təxminən,
iki ay əvvəl şəriklərdən biri vəfat elədiyindən mənim
payım artıb. Bu da o deməkdi ki, hər halda, mən mən-
zillə vidalaşmalı olmayacam. Maykl özünü həddən
ziyadə nəcib apardı, dedi ki, işlərim qaydasına düşə-
nəcən pul verməyə bilərəm. Mən buradan heç cür ayrıl-
maq istəmirdim. Gedək, mən məmnuniyyətlə sənə bir
fincan çay hazırlayaram.
Tom nəfəs dərmədən elə danışırdı ki, Culiyaya
gülməli gəldi. Tomun sözlərinə qulaq asanın ağlına da
277