Page 272 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 272
yam Somerset Moem
– Heç də pis deyil, özü də nadir gözəlliyə malikdi.
İkinci aktda əyninə geyindiyi donda adamı lap valeh
eləyirdi.
– Mənim premyerada əynimdə bu gün geyindiyim
olmayacaq. Çarli Deveril mənə başqasını tikib.
Bu sözü deyəndə onun gözündən baxan hikkə dolu
məşəli Çarlz görmədi, amma görsəydi də, bir şey anla-
mayacaqdı.
Maykl Culiyanın məsləhətini eşidib Evisin nazıyla
oynamağa xəsislik eləmədi. O, onunla öz kabinetində
məşq eləyib hər intonasiyanı hər jesti bir-bir mənimsətdi.
Bundan əlavə, Culiyanın zənn eləməyə tam əsası vardı
ki, Maykl onu dəfələrlə lança dəvət eləyib və şam ye-
məyinə aparıb. Bütün bunlar da bəhrəsini vermişdi. Evis
həddən ziyadə yaxşı oynayırdı. Bir gün Maykl əllərini
bir-birinə sürtüb:
– Mən ondan tamamilə razıyam – dedi. – Əminəm
ki, o uğur qazanacaq. Mən artıq düşünürəm, onunla
daimi müqavilə bağlamağın vaxtı yetişməyibmi?
Culiya:
– Mən hələ tələsməzdim – dedi. – Hər halda, prem-
yeraya qədər gözləyək. Publikaya göstərməmiş tama-
şanın yaxşı alınıb-alınmadığına əmin ola bilmərsən.
– O, çox şirin bir qız, həm də əsl xanımdı.
– Yəqin, “şirin qız”dı ona görə ki, sənin dərdindən
dəli-divanədi, “əsl xanım”lığına səbəb də onunla mü-
qavilə imzalanana qədər sənin ondan istədiklərini rədd
eləməsidi.
– Bəsdi, əzizim, boş-boş danışma. Mən onun atası
yerindəyəm!
Amma bununla bərabər, Maykl özündən razı halda
güldü. Culiya çox gözəl anlayırdı ki, Maykl o qıza bütün
bu qayğısı üçün əl sıxmaq və ola bilsin, bir də taksidə
bir-iki öpüş almaqla kifayətlənirdi. Culiya onu da bilirdi
ki, Mayklı həyat yoldaşına vəfasızlıqda günahlandıran-
da qürur hissi keçirir.
272