Page 270 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 270
yam Somerset Moem
vahiməli bir şeylə. Bəlkə, həqiqət deyilən də elə budur?
Elə bu vaxt evə maşın yaxınlaşdığını eşitdi. Culiya
ucadan:
– Atan gəldi! – dedi.
Necə də yüngülləşdi! Bütün bu səhnə dözülməz idi
və şükür ki, Mayklın gəlişi hər şeyə son qoydu. Bir
dəqiqədən sonra Maykl güllə kimi otağa girdi – buxağı
dartılıb, qarnı yığılıb, əlləri yaşının müqabilində heyrə-
tamiz dərəcədə gözəldi. Və sevinc dolu təbəssümlə əlini
kişi kişiylə görüşürmüş kimi, altı aylıq ayrılıqdan sonra
evə qayıdan yeganə övladına, oğluna uzatdı.
İYİRMİ SƏKKİZİNCİ HİSSƏ
Üç gündən sonra Rocer Şotlandiyaya getdi. Bir daha
uzun müddət onunla təklikdə qalmamaq üçün Culiya
özünün bütün bicliklərini işə saldı. Təsadüfən bir neçə
dəqiqəliyə ikilikdə qalanda da dəxli olmayan məsələ-
lərdən danışırdılar. Ürəyinin bir yerində Culiya onun
getməyinə şad idi. Evə qayıtdığı gün elədikləri o qəribə
söhbət heç cür fikrindən çıxmırdı. Onu daha çox həyə-
canlandıran isə Rocerin əgər Culiya boş otağa girərsə və
kimsə təsadüfən oranın qapısından içəri keçərsə, orada
heç kimi görməyəcək, deməsiydi. Bu fikir onu haldan
çıxarırdı.
“Mən heç vaxt özümü gözəllər gözəli hesab elə-
məmişəm, amma bir məsələyə, mənim şəxsi “mən”imin
olmasına heç kəs şübhə eləyə bilməz. Əgər yüz müxtəlif
çalarlı, yüz müxtəlif rol oynaya bilirəmsə, bu o demək
deyil ki, mənim öz sifətim, induviduallığım yoxdu. Mən
bunu ancaq iblisanəlik həddində yaxşı aktrisa olduğum
üçün bacarıram”.
Culiya tək boş otağa girəndə onda nələrin baş
qaldırdığını xatırlamaq istədi.
“Amma mən axı heç vaxt tək olmuram. Hətta boş
otaqda da Maykl, Evi, yaxud Çarlz həmişə yanımdadı,
270