Page 265 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 265
Seçilmiş əsərləri
– Tamam yox. Çünki saxtalıq səndən ötrü həqiqətin
özüdü. Əsl yağı dadmayan insanlar üçün marqarin nə-
disə, bax elə.
Culiya özünü nəsə günahkar hiss elədi. “Ham-
let”dəki kraliça kimi. “Sənin sinəndən içəri keçə bilsəm
də hazıram, ürəyini dartıb çıxaram”. Fikri dağınıq idi.
(“Hə, yəqin, mən Hamleti oynamaq üçün çox qocayam.
Amma Siddonsla, Sara Bernar oynayırdılar. Bu rolda
gördüyüm ifaçılardan birinin də ayağı mənim ayağıma
çatmazdı. Çarlzdan bu haqda nə fikirləşdiyini soruş-
malıyam. Amma axı orada da bu lənətə gəlmiş ağ şeir
var. Ən böyük axmaqlıq odur ki, “Hamlet” nəsrlə yazıl-
mayıb. Əlbəttə, mən onu fransızca “Comedie Fran-
caise”də oynaya bilərdim. Ay çıxış olardı ha!) Culiya
özünü qara kamzolda və uzunboğaz corablarda gördü.
“Heyif, zavallı Yorik”. Dərhal da ayıldı.
– Amma atan haqqında çətin deyəsən ki, o da
mövcud deyil. Bax, düz iyirmi ildi, o ancaq özünü
oynayır. (“Maykl kral roluna uyğun gələr, amma bir
şərtlə ki, gərək “Hamlet”i Fransada deyil, əlbəttə, böyük
risklə Londonda səhnələşdirək).
– Yazıq atam. Hesab eliyirəm ki, o, öz işini bilir,
amma o qədər də ağıllı deyil. Həm də İngiltərənin ən
gözəl kişisi kimi qalmaq üçün özüylə həddən artıq
məşğuldu.
– Atan haqqında belə danışmağın sənin tərəfindən
heç də yaxşı deyil.
Rocer sifətinin bir cizgisini də dəyişmədən soruşdu:
– Məgər mən sən bilməyəni dedim?
Culiya gülümsəmək istədi, amma ləyaqəti təhqir
olunmuş görkəmdə dayanmaqda davam elədi. O:
– Doğmaların gözündə bizləri doğmalaşdıran üstün
yox, zəif cəhətlərimizdi, – dedi.
– Bu hansı pyesdəndi?
Culiya əsəbi jestlərdən özünü zorla saxlayırdı.
Sözlər öz-özünə ağzından çıxırdı, amma danışanda
265