Page 262 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 262
yam Somerset Moem
– Ruhani?
Culiyaya elə gəldi ki, qulağı səhv eşitdi. Özünə
nəzarəti itirdi. Onun cavabı beyninə pərçimlənmişdi:
sanki ildırım çaxdı və onun işığında oğlunu kardinal
qiyafəsində gördü. Ətrafında özünə oxşar ruhanilərlə o,
Romada divarlarından gözəl şəkillər asılan dəbdəbəli
səcdəgahdan baxırdı. Sonra başında və əynində qızılı
cübbə olan oğlu gözünə müqəddəs obrazda göründü. O,
yoxsullara çörək paylayırdı. Özü isə parça donda, mir-
vari boyunbağıda idi. Eynilə Borcia ana kimi.
Culiya:
– Bu, on altıncı əsr üçün yaxşı olardı, – dedi. – Sən
gecikmisən.
– Hə, sən haqlısan.
– Təsəvvür eləyə bilmirəm ki, bu, sənin ağlına
haradan gəlib.
Rocer cavab vermədi və Culiya özü məcbur qalıb
sözün davamını gətirdi.
– Sən xoşbəxtsən?
Rocer gülümsəyib:
– Tamamilə – dedi.
– Sən axı nə istəyirsən?
O, yenidən anasında çaşqınlıq yaradan baxışlarını
işə saldı. Onun ciddi danışdığını demək çətin idi, çünki
gözləri oynayırdı.
– Həqiqəti.
– Sənə and verirəm, de görüm, nəyi nəzərdə tutur-
san?
– Bilirsən, mən gözümü açandan qurama aləmdə
yaşamışam. İndi olana, gerçəyə, həqiqətə çatmaq istə-
yirəm. Atamla sənin nəfəs aldığınız hava sizi zəhərləmir,
çünki başqasını görməmisiz, elə bilirsiz, bu hava cənnət
havasıdı. Amma bu hava məni boğur.
Culiya oğlunun nədən bəhs elədiyini anlamaq üçün
diqqətlə qulaq asırdı.
262