Page 266 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 266
yam Somerset Moem

onların, doğrudan da, hansısa pyesdən olduğunu xatır-
ladı. Donuz balası!

O sözlər burada elə yerinə düşmüşdü ki, Culiya
fikirli-fikirli:

– Sən çox qəddarsan, – dedi və özünü hələ də krali-
ça Hertrudanın yerində hiss elədiyindən fikrini belə
tamamladı: – Sən məni azca da sevmirsən.

Rocer:
– Əgər səni tapa bilsəydim, sevərdim. Amma sən
haradasan? Əgər ustalığını səndən alsalar, eksqibisio-
nizmini soğan qabığı kimi soysalar, dilim-dilim ələ gələn
ancaq quramalıq, qeyri-səmimilik, köhnə rolların dö-
yülmüş iqtibasları, saxta hisslərdən hissələr olacaq.
Görən, nəhayət, sənin ürəyinə gəlib çata biləcəyəmmi?
– deyib ciddi və kədərli nəzərlərlə anasına baxdı. Sonra
yüngülcə gülümsəyib əlavə etdi:
– Amma sən mənim çox xoşuma gəlirsən.
– Mənim səni sevdiyimə necə, inanırsanmı?
– Hə. Özünə uyğun tərzdə.
Culiyanın sifətinə qəflətən həyəcan qondu.
– Bir bilsəydin, sən xəstələnəndə mən necə əzab
çəkirdim. Əgər sən ölsəydin, mən təsəvvür eləyə bil-
mirəm, nə eləyərdim.
– Sən yeganə oğlunun tabutunun yanında dayanmış
yetim ana rolunu çox məharətlə oynayardın.
Culiya sözünü qaytarıb.
– Məharətli ifa üçün mənə ən azı bir neçə məşq
lazımdı, – dedi. – Sən bir şeyi anlamırsan – aktyor oyunu
həyat yox, sənətdi, sənət isə həyatdı. Çılpaq dərd bəd-
heybət bir şeydi, aktyorun işi onu yalnız olduğu kimi
yox, həm də gözəl təqdim etməkdi. Əgər pyeslərimin
yarısında öldüyüm kimi deyil, həqiqətən ölsəydim, elə
bilirsən, mənim jestlərimin kifayət qədər cəzbedici olub-
olmaması, rabitəsiz sözlərimin zalın sonuncu sırasında
eşidilib-eşidilməməsi vecimə olardı? Əgər buna saxtalıq

266
   261   262   263   264   265   266   267   268   269   270   271