Page 264 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 264
yam Somerset Moem

səhnəni yaxşı xatırlayıram, həmişə ardınca sürəkli alqış-
lar gətirirdi. Ömrümdə bu cür alqış sədaları eşitmə-
mişdim.

– Hə, yəqin, səfehliyimdən sənin qarmağına keç-
mişəm. Məndə dərin bir inam var idi ki, sən dediklərinə
inanırsan. Bunun qurama olduğunu anlayanda içimdə
nəsə sındı. O gündən sənə inamım öldü. Hər şeydə. Bir
dəfə məni gic yerinə qoymuşdular; özümçün qətiləşd-
irdim ki, bu bir də təkrarlanmayacaq.

Culiya özünün gözəl, adamın əlini yanına salan
təbəssümüylə üzünü oğluna tutdu:

– Əzizim, sənə elə gəlmirmi ki, bayaqdan boş-boş
çərənləyirsən?

– Amma sənə, əlbəttə, elə gəlir. Sənin üçün qurulan-
la qurama arasında heç bir fərq yoxdu. Sən həmişə oyna-
yırsan. Bu artıq səndə vərdişdi, həyat tərzidi. Sən qonaqları
qəbul eləyəndə də oynayırsan. Bu hələ harasıdı, sən qul-
luqçularla, atamla, mənimlə də oynayırsan. Mənim
qarşımda sən nəcib, güzəştə gedən, məşhur ana obrazın-
dasan. Sən özün yoxsan. Sən büsbütün oynadığın həmin
o saysız-hesabsız rollar yığnağısan. Tez-tez özümdən
soruşuram: görən, sən nə vaxtsa özün olmusanmı, yoxsa
lap əvvəldən yalnız təsvir elədiyin personajlara gerçək
həyat verməkdən ötrü bir vasitə olmusan? Sən boş otağa
keçəndə hərdən mən oranın qapısını taybatay açmaq
istəyirəm, amma ürək eləmirəm, qorxuram, orada adam
tapmayam.

Culiya cəld oğluna baxdı. Bütün bədəni əsirdi, Ro-
cerin sözləri onu dəhşətə gətirmişdi. O, diqqətlə, hətta
bir qədər həyəcanla oğluna qulaq asırdı. O, çox ciddi
görkəm almışdı. Culiya başa düşürdü ki, o, uzun illərdən
bəri içinə dolanları boşaltmaq istəyir. Hələ bu vaxtacan
heç vaxt Rocer onunla bu qədər uzun danışmamışdı.

– Deməli, səncə, mən, sadəcə, saxta bir insanam, hə?
Yoxsa şarlatanam?

264
   259   260   261   262   263   264   265   266   267   268   269