Page 260 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 260
yam Somerset Moem
– Nə eləyirdim? Başqaları elədiyini. Görməli yerlərə
baxıb, gecə-gündüz almancanı öyrənirdim. Pivəxanaları
ayaqdan salırdım. Tez-tez operada olurdum.
Culiyanı onun orada eşq macərası yaşayıb-yaşama-
dığı maraqlandırırdı. Roceri açıq söhbətə çəkmək ümi-
diylə:
– Hər halda, sən orada özünə bir qız tapmamış ol-
mazsan, – dedi.
Rocer fikirli və azca istehzalı nəzərlərini ona tuşladı.
Elə bil Culiyanın beynində olanları üzündən oxumuşdu.
Qəribədi, ana öz doğmaca oğluna ürək qızdıra bilmir.
Rocer:
– Yox, – dedi, – belə şeylərə baş qoşmağa vaxtım ol-
mayıb.
– Sən, yəqin, bütün teatrlarda olmusan.
– İki-üç dəfə getmişəm.
– Bizə yarayan bir şey görmədin ki?
– Bilirsən, bu tərəfini tamam unutmuşam.
Əgər bu sözlər təbəssümlə müşayiət olunmasaydı,
kifayət qədər saymazyanalıq təsiri bağışlayardı. Özü də
onun çox şirin təbəssümü var idi. Culiyanı yenidən hey-
rət bürüdü ki, necə olub axı atasının gözəlliyindən və
anasının cazibəsindən oğluna bu qədər az pay düşüb.
Sarı saçları yaxşıydı, amma qaşlarının da eyni rəngdə
olması sifətini ifadəli görünməsinə mane olurdu. Belə
valideynləri ola-ola onun bu yöndəmsiz, hətta qaba
bədən quruluşuna sahib çıxması əsl möcüzəydi. Artıq
on səkkiz yaşı tamam olmuşdu, qədd-qaməti yerini
almalıydı. Adamı qəti özünə çəkmirdi, Culiyadakı suyu-
şirinlikdən, odlu-alovlu həyatsevərlikdən, aşıb-daşan
enerjidən onda əsər-əlamət belə yox idi. Culiya təsəvvür
eləyirdi ki, əgər özü Vyanada yarım il qalsaydı, bu şəhər
haqqında necə maraqla və həvəslə danışardı. Məsələn,
hətta anasına və Kerri xalaya baş çəkmək üçün Sen-Ma-
loya elədiyi o qısa səfərdən elə bir əhvalat düzüb qoş-
260