Page 258 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 258
yam Somerset Moem

darsız. Niyə axı onu bir gün lança dəvət eləyib təklikdə
söhbətləşməyəsiz?

Culiya Mayklın gözlərinin parıldadığını və dodaq-
larının üstünə təbəssüm kölgəsi qonduğunu gördü.
Maykl onun sözlərini beyninin süzgəcindən keçirirdi.

– Əlbəttə, əsas odur ki, pyesimiz yaxşı alınsın.
– Başa düşürəm ki, bu, sənin üçün əlavə yükdü,
amma pyesin xətrinə... Doğru sözümdü, buna dəyər.
– Culiya özün də bilirsən ki, sənin kefinin pozul-
masına mən dünyasında razı olmaram. Mənə qalsa,
məmnuniyyətlə ona qapını göstərib yerinə başqasını
alardım.
– Fikrimcə, bu, böyük səhv olardı. Mən əminəm ki,
sən Evislə lazımınca məşğul olsan, o, çox gözəl oynayar.
Maykl iki dəfə otağın o baş-bu başına gedib gəldi.
Görünürdü, sualı hərtərəfli götür-qoy eləyir.
– Neynək, mənim işim elə hər ifaçını imkan da-
xilində daha yaxşı oynamağa məcbur eləməkdən ibarət-
di. Odur ki, hər konkret vəziyyətdə düzgün yanaşma
tələb olunur.
Maykl buxağını gizləyib qarnını yığdı, belini
dikəltdi. Culiyaya aydın oldu ki, Evis Krayton truppada
qalacaq. Səhəri gün repetisiya vaxtı Maykl Evisi kənara
çəkib ona xeyli söz dedi. Onun manerasından Culiya nə
dediyini dəqiqliklə başa düşdü və oğrun-oğrun baxıb az
sonra Evis Kraytonun gülümsünüb başını tərpətdiyini
gördü. Maykl onu lança dəvət elədi. Culiya rahatlanıb
öz roluna baş vurdu.

İYİRMİ YEDDİNCİ HİSSƏ

Rocer Avstriyadan qayıdıb gələndə artıq iki həf-
təydi ki, məşqlər gedirdi. O, bir neçə həftəsini Korinf
gölü ətrafında keçirmişdi, bir-iki gün Londonda qalıb
sonra dostlarıyla Şotlandiyaya getmək istəyirdi. Maykl

258
   253   254   255   256   257   258   259   260   261   262   263