Page 257 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 257
Seçilmiş əsərləri

yanı atdığına görə o da bilərəkdən Evisi təhqir eləyib.
Yox, yox, Evis qalmalıdır. O, öz rolunu oynamalı və zay
eləməlidir. Onun heç nəyə yaramayan bir aktrisa oldu-
ğunu Tom öz gözləriylə görməlidir. Tomla Evis elə bilirdi
ki, bu pyes o qızı dəryanın dibindən “üzünə çıxaracaq”.
Axmaqlar! Pyes onu batıracaq.

– Maykl, sən axı usta rejissorsan. Əminəm ki, istə-
sən, onu tərpədə bilərsən.

– Dərd də burasındadı ki, göstərişlərə qəti məhəl
qoymur. Mən ona replikanı necə deməli olduğunu izah
eləyirəm, amma kimə deyirsən, yenə öz bildiyini eləyir.
İnansan da, inanmasan da, öz işindi, hərdən elə güman
eləyirəm ki, o, öz təsəvvüründə, hər şeyi məndən daha
yaxşı bilir.

– Sən onu həyəcanlandırırsan. Sən ona nəsə eləməyi
tapşıranda həyəcan keçirib, sadəcə, özünü itirir.

– İlahi, kimlə məndən rahat işləmək olar! Mən bir
dəfə də ona qaba söz deməmişəm.

Culiya nəvazişlə onun üzünə gülümsədi.
– Məni inandırmaq istəyirsən ki, guya ona nə
olduğu sənə agah deyil, hə?
– Başa düşmədim? Necə məgər?
Maykl matdım-matdım Culiyaya baxdı.
– Əzizim, məni azdırma. O qız sənə dəlicəsinə vu-
rulub.
– Mənə? Mən elə bilirəm, o, Tomla nikahlıdır. Səfeh-
likdi. Sənin bu əbədi fantaziyaların...
– Bunu kor da görür. Bir də ki, o qız sənin ağlı baş-
dan alan bu gözəlliyinin nə ilk, nə də son qurbanıdı.
– Tanrı şahiddi ki, mən yazıq Tomun qarşısına sədd
çəkmərəm.
– Sənin günahın nədi ki?
– Onunla nəzakətlə davran. O yazıq elə gəncdi ki.
Ona əl tutmaq lazımdı. Əgər sən rolun axırına bir neçə
dəfə onunla birgə çıxsan, inanıram ki, siz möcüzə yara-

257
   252   253   254   255   256   257   258   259   260   261   262