Page 252 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 252
yam Somerset Moem

əclaflar! Başa düşə bilmirəm, bu İngiltərə hara yuvar-
lanır. Bu Böyük Britaniya imperiyası, ha, ha!

Sonuncu sözlər bütün Nazirlər Kabinetinin
yerindən oynadan bir hikkəylə deyildi. Culiya sözlərinə
jestləriylə dirək verməyə başladı.

– Əgər məndə “seksual cazibə” olmasaydı, bu
mövqeyə necə yüksələ bilərdim? Yox, mümkün olan şey
deyil. İnsanlar nəyə görə teatra, aktrisaya baxmağa
gəlirlər? Ona görə ki, onunla yatmaq istəyirlər. Əgər
məndə “seksual cazibə” olmasaydı – camaat üç ay dal-
badal bir cındır pyesə baxmağa gələrdimi? İynə atsan
yerə düşməzdi! Belə baxanda, bu “seksual cazibə” nə
olan şeydi axı?

Culiya susub fikirli-fikirli güzgüdəki əksinə baxdı.
“Şübhəsiz, mən “seksual cazibə”ni təsvir eləyə
bilərəm. Mən hər şeyi təsvir eləyə bilərəm”.
Culiya qalmaqallı seks-bomba şöhrəti qazanan
aktrisaları bir-bir yaddaşının süzgəcindən keçirməyə
başladı. Onlardan birini – həmişə kişiləri yoldan çıxaran
amplualarda təqdim olunan Lidiya Meyni daha yaxşı
xatırlayırdı. O qədər yaxşı aktrisa olmasa da, müəyyən
rolları zamanı çox böyük effekt yarada bilirdi. Culiyada
təqlid bacarığı çox güclüydü. Budur, o, Lidiya Meynin
surətini çıxarmağa başlayır. Kirpikləri enib naz-qəm-
zəylə gözlərini örtür, donun içində gizlənən bədəni
dalğavari hərəkətlərlə əsməyə başlayır. Baxışları Lidi-
yanın baxışları kimi utanmazcasına adamın ağlını alır,
ilanvari jestləri kişini yuvasından çıxarır. Sözləri də
eynən onun kimi azca uzada-uzada dediyindən, hər
kəlməsi haradasa azca abırsız səslənir.
– Ah, mənim əzizim, belə şeyləri elə tez-tez eşidirəm
ki. Mən ailəmizdə söz-söhbət olmasını istəmirəm. Niyə
axı kişilər məni rahat buraxmırlar?
Bu, amansız bir karikaturaydı. Culiya özünə rəhm
eləmirdi. Sonda hər şey ona elə gülməli göründü ki,
uğunub getdi.

252
   247   248   249   250   251   252   253   254   255   256   257