Page 253 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 253
Seçilmiş əsərləri
“Hər nəsə, bir şey şəksizdi: ola bilsin, məndə “sek-
sual cazibə” yoxdu, amma Lidiya Meyni necə təqlid elə-
diyimi görən, sonra bunları heç onun özündə belə tapa
bilməz”.
Culiya canında xeyli yüngüllük hiss elədi.
İYİRMİ ALTINCI HİSSƏ
Repetisiyalar başladı və həyəcanlı fikirlər Culiyanın
başından qeyb oldu. Culiya xaricə gedəndə Mayklın
səhnələşdirdiyi köhnə pyes elə də yaxşı gəlir gətirmirdi.
Maykl məsləhət bildi ki, onların yeri hazır olanacan
teatrın bağlanmaması üçün köhnəni repertuardan çıxar-
masın. Özü də həftədə iki dəfə günorta səhnəyə çıxdı-
ğından qərara aldı ki, onlar yıxılanacan məşq etməsinlər.
Qarşıda onların düz bir ayı var idi.
Culiya artıq uzun illərdən bəri teatrda olsa da,
məşqlər əvvəlki kimi onda xoş həyəcan yaradırdı. İlk
repetisiyada isə özünü elə gərgin hiss elədi ki, az qala
xəstələnəcəkdi. Bu, yeni macəranın başlanğıcı kimi bir
şey idi. Özünü qətiyyən teatrın aparıcı aktrisası kimi hiss
eləmirdi, sanki o, yenidən ilk xırda rolunu oynayan gənc
bir qız idi. Bununla bərabər, həm də şəxsi əzəmətinin
qibtəedici gücündən həzz alırdı. O, yenidən bu gücü
təqdim etməyə imkan qazanmışdı.
Saat on birdə Culiya səhnəyə qalxdı. Bayram ovqatlı
aktyorlar orada-burada dayanmışdılar. Culiya tanıdığı
aktrisalarla öpüşüb, aktyorlara əl verib salamlaşdı,
tanımadıqlarını isə Maykl ehtiramla ona təqdim etdi.
Culiya Evis Kraytonu ürəkdən salamladı. Ona necə
gözəgəlimli olduğunu və yeni şlyapasını bəyəndiyini
dedi. Ardınca Parisdə onun üçün seçdiyi kostyumlar
barədə Evisi məlumatlandırdı.
– Son vaxtlar Tomu görmüsüzmü?
– Yox. O, məzuniyyət götürüb gedib.
253