Page 250 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 250
yam Somerset Moem

Gənc cibindən qələm, şişman pul kisəsinin içindən
isə kartı çıxarıb:

– Bizim şirkətin kartıdı, – dedi. – Eybi yoxdu, bu da
keçər.

Bu komediyanın hələ də davam eləməsi Culiyaya
səfehlik kimi göründü və o, açıq ürəklə kartın o biri
üzünü imzaladı. Sonra yüngül təbəssümlə soruşdu:

– Siz avtoqraf toplayırsız?
– Mən? Yox. Mən bunu boş bir şey hesab eləyirəm.
Nişanlım toplayır. Onda kimlərin avtoqrafı yoxdu: Çarli
Çaplinin, Duqlas Ferbenksin, nə bilim, başqa kimlərin.
Onun fotosuna baxmaq istərdinizmi?
Gənc insan sualının cavabını gözləmədən pul kisə-
sindən gözqamaşdırıcı kinomatoqrafik təbəssümlə ağ-
zındakı bütün dişlərini açıqda qoyan kifayət qədər sərt
simalı qız fotosu çıxardı.
Culiya:
– Yaxşıdı, – dedi.
– Bəs necə! Bu gün onunla kinoya getməliyik. Sizin
avtoqrafı ona göstərəndə ay heyrətlənəcək ha. Sizi kü-
çədə görüb tanıyan kimi ən əvvəl özümə dedim ki, yer-
göy alt-üst olsa da, Qvenim üçün Culiya Lembertin
avtoqrafını almalıyam. Onunla avqustda evlənəcəyik.
Mən məzuniyyətə çıxan kimi bal ayını keçirmək üçün
Uayt adasına yollanacağıq. Bu gün ay şənlənəcəyik ha!
O, sizinlə çay içdiyimə dünyasında inanan deyil. Elə bu
vaxt mən ona sizin avtoqrafı göstərəcəm. Aydındı?
Culiya nəzakətlə onu dinləsə də, təbəssüm çöhrə-
sindən silinib getmişdi.
Culiya:
– Elə bilirəm, mənim getmək vaxtımdı, – dedi.
– Yaman çox ləngidim.
– Mənim də vaxtım azdı. Əgər görüşə gedirəmsə,
gərək buradan vaxtında çıxam.
Ofisiant qadın çayla bərabər çeki də gətirəndə Culi-
ya stolun arxasından qalxıb çantasından şillinq çıxardı.

250
   245   246   247   248   249   250   251   252   253   254   255