Page 247 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 247
Seçilmiş əsərləri
uzanırdı. O, London camaatının dünyada ən abırlı in-
sanlar olduğunu çox eşitmişdi, amma bu dəfə onlar
əndazəni aşmışdılar! Culiya düşündü:
– Parisin, Romanın, yaxud Berlinin küçələrində
dünyasında bu cür olmazdı.
Culiya Meriliboun-rouda çatıb geri qayıtmaq qə-
rarına gəldi. Sənə bir nəfərin də hətta gözünün qırağıyla
belə baxmadığı gəzintidən evə qayıtmaq çox təhqiramiz
idi. Culiya elə ləng yeriyirdi ki, ara-sıra yanından ötənlər
özlərinə yol açmaq üçün ona toxunurdular. Bu, onu
özündən çıxarırdı. Culiyanın ağlına belə bir fikir gəldi:
“Oksford-stritə gərək gedəydim. Səfeh Eviyə aldan-
dım. Edvard-rouddan bir fayda olmayacaq”.
Qəflətən Culiyanın ürəyi yerindən qopdu. O, han-
sısa bir gəncin baxışlarını tutdu. Culiya, üstəlik, o
gözlərdə bir işartı sezdiyini də hiss elədi. Gənc insan
yanından ötüb- keçəndə Culiya ona sarı boylanmaqdan
özünü zorla saxladı. Culiya diksindi. Bir dəqiqə sonra o
gənc onu ötüb bu dəfə düz Culiyanın gözlərinin içinə
baxdı. Culiya ciddi görkəm alıb kipriklərini aşağı saldı.
O, bir neçə addım geridə qaldı, amma Culiya hiss elə-
yirdi ki, o gənc onu daban-dabana izləyir. Hər şey qay-
dasındadı. Culiya mağazanın qarşısında dayananda o
gənc də dayandı. İndi özünü necə aparacağını bilirdi.
Culiya elə bir görkəm aldı ki, guya, bütün fikri şüşənin
arxasına düzülən şamlara cəmlənib, amma yoluna da-
vam eləməzdən öncə azca gülümsünən gözlərindən gən-
cin gözlərinə bir əlçim işıq atdı. Boz kostyum və yüngül
qəhvəyi şlyapada olan bu gənc insan hündür deyildi.
Yəqin, ya dəllal, ya da satıcıdı. Əgər Culiyaya ona
ilişəcək kişilər arasında seçim etmək imkanı verilsəydi,
çətin ki, bu gəncin namizədliyi üzərində dayanardı.
Amma nə etmək olar, balıqsız dəryada xərçəng də
balıqdı. Culiyanın rastına məhz o çıxmışdı. Yorğunluğu
yadından çıxdı. İndi nə etməli? Əlbəttə, Culiya onunla
247