Page 243 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 243
Seçilmiş əsərləri
Qəflətən ağlına gələn fikirdən Culiyanın çöhrə-
sindəki təbəssüm qeyb oldu. Əgər kişi qadının intim
təklifindən imtina edirsə, onda iki məsələdən biridi: ya
o, homoseksualdı, ya da impotentdi. Culiya fikirli-fikirli
siqaretini yandırdı. Özünə sual etdi: bəlkə, Çarlz meyilli
olduğunu gizlətmək üçün ondan istifadə etmişdi?
Culiya başını buladı. Yox, belə bir şey olsaydı, kimsə ona
işarə eləyərdi. Müharibədən sonra cəmiyyət içində
söhbətlər, demək olar ki, ancaq bu mövzularda idi. Am-
ma o, impotent ola bilərdi. Culiya onun yaşını hesabladı.
Zavallı Çarlz! Yenidən gülümsədi. Əgər doğrudan da
belədisə, onda Culiya yox, o özü naqolay, hətta gülməli
vəziyyətdə qalmışdı. Güman ki, o yazıq quzu qorxudan
lap ölübmüş. Aydın məsələdi ki, bu, kişinin həvəslə eti-
raf edəcəyi məsələ deyil, üstəlik, əgər kişi qadına
dəlicəsinə vurulubsa. Culiya bu haqda daha çox fikirləş-
dikcə, bu izahat ona daha inandırıcı görünürdü. Onun
Çarlza lap ana kimi yazığı gəldi.
Soyunmağa başlayıb ürəyində öz-özüylə danışdı:
“Nə edəcəyimi bildim. Sabah ona ağ zanbaqlardan bağ-
lanan böyük bir dəstə göndərəcəm.
İYİRMİ BEŞİNCİ HİSSƏ
Səhəri gün tezdən Culiya zəng eləməkdən qabaq bir
müddət yataqda uzanıb qaldı. O fikirləşirdi. Dünənki
macərasını yadına salıb bu cür iradə nümayiş etdir-
diyinə görə, özündən razı qaldı. Desək ki, o, məğlu-
biyyətin qaçılmaz olduğu məqamda qələbə qazanmışdı,
bu, şişirtmə olardı, amma Culiyanın geri çəkilmə zamanı
etdiyi manevrlərə və strategiyasına söz ola bilməzdi.
Özü də bu zaman ürəyi pişik kimi əsirdi. Çarlzın özünü
bu cür qəribə aparmasının bir başqa səbəbi də ola
bilərdi. Tamamilə mümkün idi ki, Culiya artıq bir qadın
kimi cəlbedici olmadığı səbəbindən onu özünə cəzb
eləyə bilməmişdi. Bu fikir qəfildən dünən gecə ağlına
243