Page 238 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 238
yam Somerset Moem

Bilirəm, artıq gecdi. O vaxt mənə bu qədər əziz oldu-
ğunuzu özüm də bilmirdim, ağlıma da gəlməzdi ki, illər
ötdükcə siz mənim həyatımın mənasına çevriləcəksiz.

– Sizdən belə sözlər eşitmək ilahi bir sevincdi,
əzizim. Bu, mənə çox böyük mükafatdı.

– Mən sizdən ötrü hər şeyə hazıram. Mən xudbin
olmuşam. Nə elədiyimi özüm də bilmədən sizin həya-
tınızı məhv eləmişəm. – Culiyanın astadan gələn səsi
əsirdi. O, başını arxaya atanda boğazı ağ sütuna bənzədi.
Açıq yaxalığından xırda, yumru döşləri göründü. Culiya
əlini sinəsinə qoydu.

Çarlz yüngülcə etiraz elədi:
– Siz belə danışmalı, belə düşünməli deyilsiniz. Siz
həmişə mükəmməllik mücəssəməsi olmusunuz. Siz mə-
nə belə lazımsız. Ah, əzizim, həyat belə qısa, məhəbbət
elə ötəridi... Faciə burasındadı ki, bəzən arzularımız ger-
çək olur. İndi arxaya boylananda görürəm ki, siz mən-
dən xeyli ağıllı olmusunuz. “Sonsuz çəmənliklər,
haradadı o xatirələr...” Sonrası yadınızdadımı? “Sən ey
gözəl gənc, çələng gülsüz olmayan kimi, sən də nəğ-
məsiz olmazsan; sən ey mərd aşiq, öz sevgilini öz sev-
ginin ehtirasına bələ; özü də qəm yemə, nə qədər canın
sulu, ruhun durudur, xoş günlərə qonaq məhəbbətin də
əbədi və nurludur”.
(“Axmaqlığa bir bax!”)
Culiya ah çəkib:
– Necə gözəl misralardı, – dedi. – Ola bilsin, siz haq-
lısınız. Hey-hou!
Çarlz sinədən deməkdə davam elədi. Onun bu
vərdişini Culiya bir qədər cansıxıcı hesab eləyirdi.
– “Ah, solmaq bilməyən bahar yarpağı necə xoş-
bəxtdirsə, məhəbbəti görüş kimi sonsuz, hər dəfə ye-
nilənən kəs də eləcə xoşbəxtdi”1.

1 İngilis şairi Con Kitsin (1795-1821) “Yunan güldanının odası” əsərindən

238
   233   234   235   236   237   238   239   240   241   242   243