Page 233 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 233
Seçilmiş əsərləri
daxil olanda yenidən qədd-qamətli, ənlik-kirşanlı qadın-
ları, dərisi yanmış, smokinqli kişiləri görmək necə də xoş
idi.
– Mən özümü sürgündən qayıdan kraliça kimi hiss
eləyirəm.
Culiya özünə geyimlər seçə-seçə və onları ilk dəfə
əynində yoxlaya-yoxlaya Parisdə bir neçə xoş gün
keçirdi. O, hər dəqiqəsindən həzz alırdı. Amma çox sö-
zübütöv qadın idi, nəinki başqasına, hətta özünə verdiyi
vədə də mütləq əməl eləyirdi. Londona yollanmazdan
öncə Çarlza qısa bir məktub göndərdi. O, Qudvudda və
Kauzda olmuşdu, oradan Zalsburqa gedərkən bir gün
Londonda ləngiməli olacaqdı.
“Əzizim, Çarlz.
Sizi tezliklə yenidən görəcəyim mənə hədsiz sevinc
bəxş edir. Çərşənbə günü boşam. Birlikdə nahar eləyə-
rik. Siz hələ də məni sevirsiniz?
Sizin Culiya”.
Zərfi qutuya salanda Culiya dilinin altında mızıl-
dandı: “Bis dat qui cito dat”1. Bu, xeyriyyəçilik məqsədi
daşıyan tədbirlər zamanı xahişlə ondan gözlənilən və-
saitin düz yarısını dərhal poçtla göndərən Mayklın tez-
tez işlətdiyi çeynənmiş bir latın məsəliydi.
İYİRMİ DÖRDÜNCÜ HİSSƏ
Çərşənbə gününün səhəri Culiya masaj elətdirib
həm də saçlarını burdurdu. Nahara hansı paltarını
geyinəcəyini heç cür qərarlaşdıra bilmirdi: təsəvvürlərə
Botiçellinin2 “Bahar”ını gətirən boz orqandidən olan çox
yaraşıqlı və ürəkaçan donu, yoxsa onun qız qamətini
aydın göstərən və çox abırlı libası? Vanna qəbul etdiyi
1 “Tez verən ikiqat verir” (lat.) – Senekanın kəlamı
2 Botiçelli – Sandro Bottiçelli – florensiyalı rəssam (1445-1510)
233