Page 232 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 232
yam Somerset Moem
kan vermədi. Boş vaxtı kifayət qədər idi, amma rahat
olsa da, bu boz, sərt şəhərdə maraqları yalnız ev işləri və
gəldi-gedərlə məhdudlaşan bu iki yaşlı qadınla bütün
günü ünsiyyət onda elə bir ovqat yaratmışdı ki, pyes nə
qədər yaxşı olsa da, Culiyanı özünə cəlb eləmədi. Nəha-
yət, qərar verdi:
“Çoxdan qayıtmalıydım. Əgər belə bir nəticəyə
gəlsəm ki, pyes ətrafında yaradılan bu boyda hay-küyə
layiq deyil, onda nə olacaq?”
Culiya anasıyla və Kerri xalayla sağollaşdı, onlar
ona qarşı çox diqqətliydilər, amma gedişinə təəssüflə-
nəcəklərinə nədənsə Culiya şübhə eləyirdi. Onlar üzü-
yolalıqla yenidən öyrəşdikləri həyata qayıdacaqdılar.
Üstəlik, arxayın ola bilərdilər ki, daha aktrisadan onları
istənilən an hansısa eksentrik hərəkət təhlükəsi göz-
ləmir, daha Sen-Malo xanımlarının qınayıcı şərhlərini
eşitmək qorxusu olmayacaq.
Culiya Parisə günorta gəlib çatdı. Onu “Rits” ote-
lindəki apartamentə ötürəndə dərindən nəfəs aldı. Təzə-
dən dəbdəbə ilə baş-başa olmaq necə də ləzzətlidir!
Dostlar ona gül dəstələri göndərmişdilər. Culiya vanna
qəbul eləyib əynini dəyişdi. Həmişə onun üçün əldən
gedən və artıq çoxdan özünə dost saydığı Çarli Deveril
Culiyanı “Bua”ya nahara aparmaq üçün yanına gəldi.
Culiya ona:
– Vaxtımı çox əla keçirdim, – dedi. – Əlbəttə, bu
səfərim o iki ahıl qadını çox sevindirdi, amma məndə
belə hiss vardı ki, əgər bir gün də yubansam, darıxmaq-
dan ürəyim partlayacaq.
Bu gözəl axşamda Yelisey çölləriylə gəzmək Culi-
yaya ləzzət elədi. Benzinin iyini udmaq necə də xoş idi!
Avtomobillər, taksilər, klaksonların səsi, şabalıdı ağaclar,
küçə işıqları, səkiylə addımlayan və kafelərdə stol ar-
xasında əyləşən dəstə-dəstə adam... Bundan gözəl nə ola
bilərdi? Sonra şən, sivil və bahalı “Şato de Madrid”ə
232