Page 230 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 230
yam Somerset Moem

Onun məktubu incə ifadələrlə və müdrik zarafatlarla
dolu olurdu. O, pedantlıqdan kənar fəlsəfə yürüdürdü.
Yazırdı ki, ona heyrandı. Bu, Culiyanın bütün ömrü
boyu aldığı ən gözəl sevgi məktublarıydı və o, gələcək
nəsillər üçün onları saxlamağı məsləhət bildi. Ola bilsin,
nə vaxtsa, kimsə o məktubları dərc eləyəcək və insanlar
onun Mak-Evoyun1 fırçasından çıxan portretinə baxmaq
üçün Milli qalereyaya gedəndə Culiyanın qəhrəmanı
olduğu romantik məhəbbət tarixçəsini xatırlayıb köks
ötürəcəklər.

Yoxa çıxdığı ilk iki həftədə Çarlz onu heyrətamiz
sədaqətlə aradı. Onsuz nə edəcəyini Culiya təsəvvürünə
belə gətirmirdi. O, həmişə onun qulluğundaydı. Onun
söhbətləri Culiyanı tamam özgə bir aləmə aparırdı,
əsəblərini sakitləşdirirdi. Culiyanın ruhunu çirkab ört-
müşdü və o, Çarlzın ruhunun göz yaşı kimi dupduru
çeşməsində yuyunurdu. Çarlzla şəkil qalereyalarını
gəzəndə bütün canına bir ilahi rahatlıq hakim kəsilirdi...
Ona minnətdər olmaq üçün Culiyanın xeyli əsası var idi.
O, onun uzunillik pərəstişi haqda düşündü. Çarlz artıq
iyirmi ildən çox idi ki, onu gözləyirdi. Culiya ona qarşı
o qədər də mərhəmətli olmamışdı, əgər Çarlzla bir
yatağa girsəydi, Çarlz dünyanın ən xoşbəxti olardı,
doğrusu, Culiya da bir şey itirməzdi. Niyə bu illər uzunu
onu yaxınına buraxmamışdı? Ola bilsin, səbəb onun sə-
daqətinin əndazəni aşmasındaydı. Onun bu ağlasığmaz
məhəbbəti elə abır-həyalı və hörmətə layiq idi ki, gö-
rünür, buna görə də Culiya Çarlzın düşüncəsində
özünün neçə illərdən bəri qurub yaratdığı həmin o ideal
məhəbbətin qalmasını istəyirdi. Amma dərinə gedəndə
bu səfehlik, Culiya isə xudbinin birisi idi. Qəflətən ağlına
gələn bir fikirdən Culiya özündə qəribə bir məmnunluq
hiss elədi. Bəli, nəhayət, bu nəcibliyə, saflığa, sədaqətə

1 Mak-Evoyunin – ingilis rəssam (1878-1927)

230
   225   226   227   228   229   230   231   232   233   234   235