Page 225 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 225
Seçilmiş əsərləri

evdən nadir hallarda, özü də yaxın yerlərə çıxırdılar və
bu yolu piyada da gedə bilərdilər. O biri tərəfdən sürücü
benzini oğurlayacaqdı, əgər küçədə yesə onları müflis
edəcək, evdə yesə Anneti təbdən çıxaracaqdı. Annet on-
larda həm aşpaz, həm qulluqçu, həm də təsərrüfat
işlərinə baxan idi. O düz otuz beş il Kerri xalanın
xidmətində olmuşdu. Qara işlər onun qohumu Anjelin
öhdəsindəydi. Həm də o, hələ cavan idi, heç qırx yaşı da
yox idi. Deməli, bütün günü sürücü qiyafəsində hansısa
bir kişinin bu evdə olması narahatlıq törədərdi.

Culiya üçün qız vaxtı Kerri xalanın evində yaşa-
yanda qaldığı otağı ayırdılar. Bu onda nəsə xüsusi sen-
timental əhvali-ruhiyyə yaratdı: hətta bir neçə dəqiqə
ağlamaqdan özünü zorla saxladı. Culiya onların həyat
tərzinə çox asanca uyğunlaşdı. Kerri xala ərə gedəndə
katolikliyi qəbul eləmişdi və missis Lembert də ərini
itirəndən sonra həmişəlik Sen-Maloda məskunlaşanda
abbatın təsiri altında müəyyən vaxt içində katolik oldu.
Hər iki yaşlı xanım çox dindar idi. Hər səhər ibadətə
yollanırdılar, bazar günləri isə, üstəlik, təmtəraqlı ayini
də icra edirdilər. Amma kilsədən başqa, demək olar ki,
heç hara getmirdilər. Nadir hallarda – öz yaxınını itirən,
yaxud əksinə, qız nəvəsinin nikah mərasimini qeyd edən
qonşulardan hansısa birinin qapısını açırdılar. Hər ikisi
eyni qəzetləri, eyni jurnalları oxuyur, xeyriyyəçilik
məqsədilə elə hey nəsə toxuyurdular, domino oynayır-
dılar və Culiyanın hədiyyə etdiyi radioqəbuledicini
dinləyirdilər. Abbat və mayor artıq uzun illərdən bəri
həftədə bir dəfə onlarda nahar etsələr də, qarılar hər
çərşənbə günü dəhşətli həyəcan keçirirdilər. Onlar zəng
eləyirdilər ki, hansısa yemək xoşuna gəlməsə mayor
hərbiçiyə xas açıqlıqla bunu onların üzünə vura bilər,
hətta abbat da əsl ruhani olsa belə, öz xəbərdarlığından
və istədiyini deməkdən çəkinən deyildi. Məsələn, o,
siyənək balığını çox xoşlayırdı, amma bir şərtlə ki, gərək

225
   220   221   222   223   224   225   226   227   228   229   230