Page 220 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 220
yam Somerset Moem
– Sən haqlısan. Mən tamam üzülmüşəm. Dözülməz
əhvaldayam. Elə bil, sıxıb suyumu çıxarıblar. Doğrudan
da, harasa getməliyəm. Mənə ancaq bu kömək ola bilər.
İYİRMİ ÜÇÜNCÜ HİSSƏ
Culiya getmək qərarını qəbul etdiyinə görə məm-
nun idi. Ona işgəncə verən bu dərdi geridə qoymaqla
ondan daha asan üzülə bilərdi. Yeni tamaşanın afişası
artıq vurulmuşdu, Maykl bərpa elədiyi pyesə aktyorlar
toplayıb məşqlərə başladı. Özünün oynadığı rolu başqa
aktrisanın necə məşq elədiyinə baxmaq parterin ilk
sırasından əyləşən Culiya üçün maraqlıydı. Səhnəyə çıx-
dığı ilk gündən qaranlıq zalda, üstünə üzlük çəkilmiş
kresloda oturub aktyorların öz qəhrəmanlarının obraz-
larını necə hörüb qurduqlarını həyəcansız izləyə bil-
mirdi və indi, üstündən bu qədər illər keçəndən sonra
da o, eyni həyəcanı yaşayırdı. Hətta, sadəcə teatrda
olmağın özü ona rahatlıq gətirirdi. Məşqlərə baxa-baxa
o, sanki, dincəlirdi və özünün çıxış etdiyi axşam tama-
şasına qədər tamam gümrahlaşırdı. Culiya artıq başa
düşmüşdü ki, Maykl dediklərində haqlıdır, ona görə də
özünü ələ almağa qərar verdi. Şəxsi narahatlıqlarını bir
kənara qoyaraq öz personajına yiyəlik elədi və təzədən
özünə xas virtuozluqla oynamağa başladı. Artıq onun
oyunu öz şəxsi dərdlərini çölə çıxarmaq üçün bir vasitə
deyildi, bu ifa yenidən Culiyanın sırf yaradıcılığının
ifadəsi idi. O, material üzərində əvvəlki hökmranlığını
qaytarıb onun vasitəsiylə özünü tamaşaçıya daha mü-
kəmməl təqdim edə bildi. Culiya, elə bil, göyün yeddinci
qatındaydı, özünü həm əzəmətli, həm də azad hiss elə-
yirdi.
Amma bu qələbə Culiyaya asan başa gəlmədi, həm
də teatrdan kənarda o, özünü üzgün və süst hiss elə-
yirdi. Culiya o aşıb-daşan enerjisini itirmişdi. O, elə bil,
220