Page 224 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 224
yam Somerset Moem

çəkilmiş portretləri asılmışdı. Onların əl işi olan
mücrülər də burdaydı. Hər ikisi katolik mövqeli “La
Krua”, “Revyu de De-Mond” və yerli gündəlik qəzeti
burada oxuyurdu. Axşamlar dominonu da burada oy-
nayırdılar. Bu işə yalnız çərşənbə günləri nahara Abbe1
və ehtiyatda olan zabit Commandant la Garde2 onlara
gələndə ara verirdilər. Elə burda da yeyirdilər, amma
Culiya gələndə qərara aldılar ki, yemək otağı daha rahat
olar.

Kerri xala hələ də əri və oğlu üçün yas saxlayırdı.
Çox nadir hallarda, xüsusən qızmar günlərdə o, öz əliylə
özüyçün toxuduğu balaca qara şalı açırdı. Missis Lem-
bert də qara geyimdə olurdu, yalnız cənab abbat və ma-
yor nahara gələn vaxtlarda Culiyanın bağışladığı ağ
toxuma şalı çiyninə atırdı. Nahardan sonra dördlükdə
plafond3 oynayırdılar: yüzlüyə qarşı iki su qoyulmuşdu.
Uzun illərdən bəri Cersidə yaşasa da, hələ də London-
dan ayağını çəkməyən missis Lembert dünyada baş
verənlərdən haliydi və deyirdi ki, indi çoxları bric –
müqavilə oynayır. Amma mayor etiraz eləyirdi, deyirdi,
həmin kart oyunu amerikalılar üçün yaxşıdı, onu pla-
fond da tam təmin edir, abbat isə, öz növbəsində, əlavə
eləyirdi ki, o, şəxsən son vaxtlar vistin unudulmasına
çox təəssüflənir. Nə edəsən, insanlar nadir hallarda
olana qane olur, onlara gərək elə bir ucdan yepyeni
şeylər verəsən. Hər Milad bayramında Culiya anasına
və xalasına bahalı hədiyyələr göndərirdi, amma onlar bu
hədiyyələri işlətmirdilər. Londondan göndərilən bu
qiyamət hədiyyələri tanışlarına göstərib sonra papiros
kağızına bükərək şkafda gizlədirdilər. Culiya anasına
avtomobil də təklif etmişdi, amma o istəməmişdi. Onlar

1 abbe – abbat (fran.)
2 Commandant la Garde – qvardiya mayoru (fran.)
3 plafon – kart oyunu (fran.)

224
   219   220   221   222   223   224   225   226   227   228   229