Page 229 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 229
Seçilmiş əsərləri

bütün bağlamanı alıb düz axşam düşənə qədər oxu-
yurdu. Həmin günlər içini bir balaca həyəcan bürü-
müşdü. O, qala divarlarına tərəf qalxıb oradan körfəzin
içində oturan adalara baxırdı. Boz buludlar onun içində
İngiltərənin boz göy üzünə bir xiffət hissi oyadırdı.
Amma elə ki, çərşənbə axşamı gəlib çatırdı, səhər açılan
kimi canı yenidən əyalət həyatının rahatlığında əriyib-
yumşalırdı. Culiya çox mütaliə edirdi: yerli mağazadan
aldığı ingilis, fransız romanlarını və əlbəttə ki, öz sevimli
Verlenini. Culiyaya elə gəlirdi ki, onun şeirlərində olan
zərif melanxoliya qədim dam evlərdən və sakit, əyri,
döngəli küçələrdən ibarət bu kədərli şəhərə uyğun gəlir.
İki ahıl xanımın cansıxıcı vərdişləri, hadisələrdən kasad
yaşam tərzi, sakit söhbətləri Culiyada onlara qarşı bir
rəhm hissi oyatmışdı. Uzun illər idi ki, onların həyatında
nəsə baş verməmişdi və hər ikisi ölənə qədər belə davam
eləyəcəkdi. Onların mövcudluğu necə də əhəmiyyətsiz
görünürdü! Ən dəhşətlisi isə onların bu həyata tamamilə
qane olmasıydı. Hikkə, həsəd hissinin nə olduğu onlara
yad idi. Culiyanın göz qamaşdıran səhnə işıqlarının
ortasında dayanaraq, ona heyran kəsilən publikanın
sürəkli alqışları qarşısında təzim edərkən, hər gün
duyduğu ictimai maraq deyilən o şey bu iki qadından
ötrü çoxdan əhəmiyyətini itirmişdi. Hərdən Culiyaya elə
gəlirdi ki, həyatda onun üçün bu diqqətdən qiymətli heç
nə yoxdu. O ancaq bundan ötrü yaranmışdı: taleyilə
barışmağı və başını dik tutmağı ona görəydi. Hər iki
halda nəticə eyni idi: daxili azadlıq. Culiyada bu hiss
daha etibarlı idi. Həftədə bir dəfə Maykldan qısa, işlə
bağlı məktub gəlirdi. O, bu məktublarda yığımın necə
olduğunu və növbəti pyesə necə quruluş vermək
istədiyini yazırdı. Amma Çarlz Temerlinin məktubları
bir gün də ara vermirdi. O, Culiyaya kübar aləmin bütün
xəbərlərini çatdırır, özünün o mədəni, valehedici diliylə
baxdığı şəkillərdən, oxuduğu kitablardan danışırdı.

229
   224   225   226   227   228   229   230   231   232   233   234