Page 228 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 228
yam Somerset Moem
duymur, əksinə, utanırlar. Tanışları qarşısında onunla
öyünmək nədi, hətta harasa gedəndə Culiyanı yanlarına
belə salmırdılar. Kerri xala İngiltərədən saat beşdə çay
içmək vərdişi gətirmişdi və buna möhkəm riayət elə-
yirdi. Culiyanın gəlişindən az sonra günlərdən birində
onlar bir neçə xanımı çaya dəvət etdilər və səhər yeməyi
zamanı missis Lembert Culiyaya bu sözlərlə üz tutdu:
– Əzizim, Sen-Maloda bizim bir neçə çox yaxşı
tanışınız var, amma biz burada artıq uzun illər yaşasaq
da, aydın məsələdi ki, onlar hələ də bizə yad kimi
baxırlar. Odur ki, onların gözünə qeyri-adi görünməmək
üçün çox çalışırıq. Təbii ki, biz səndən yalan danışmağı
rica eləmirik, amma əgər bu, ölüm-dirim məsələsi deyil-
sə, Kerri xala hesab eləyir ki, yaxşısı budur, sən aktrisa
olduğunu deməyəsən.
Culiya ilk öncə heyrətləndi, amma yumor hissi qalib
gəldi və o, qəhqəhədən özünü zorla saxladı:
– Əgər bizim tanışlardan kimsə ərinin kimliyini
səndən soruşsa, onun kommersiyayla məşğul olduğunu
deməyin məgər həqiqətə qarşı çıxmaqdı?
Culiyanın istər-istəməz dodağı qaçdı:
– Qətiyyən.
Kerri xala səmimi-qəlbdən əlavə etdi:
– Biz, əlbəttə, bilirik ki, ingilis aktrisalar fransız-
lardan fərqlənir. Demək olar ki, hər fransız aktrisanın
mütləq məşuqu olur.
Culiya:
– İlahi, özün saxla, – dedi.
London həyatı bütün həyəcanları, zəfərləri, kədər-
ləriylə bir yerdə haradasa çox-çox uzaqlarda qalmışdı.
Tezliklə Culiya aşkar elədi ki, Tomun özü və ona sevgisi
haqda tamamilə sakit tərzdə düşünə bilər. Başa düşdü
ki, onun mənliyi yaralanıb, nəinki ürəyi. Sen-Maloda hər
gün o birinə oxşayırdı. Yalnız bazar ertəsi gününün
qəzetlərini görəndə London yadına düşürdü. Culiya
228