Page 227 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 227
Seçilmiş əsərləri

Culiya nə paltar gətirmişdisə, hamısını onlara gös-
tərdi və gəlişinin elə ilk həftəsi onun nahara nə geyi-
nəcəyi üstündə mübahisə düşdü. Kerri xala və missis
Lembert az qala bir-birlərindən küsəcəkdilər. Missis
Lembert hesab eləyirdi ki, əgər Culiya özüylə ziyafət li-
bası gətiribsə, onlardan birini geyinməlidir, amma Kerri
xalanın qənaətincə, bu elə də vacib deyil.

– Yadımdadı, mən Cersidə sənin yanında olanda na-
hara centlmenlər gəlirdilər, sən də onların qarşısına çox
yaraşıqlı kanotda1 çıxırdın.

– Hə, sənə çox gözəl yaraşardı.
Hər iki yaşlı xanım ümidlə Culiyaya baxdı. O, başını
yellədi.
– Ondansa əynimə kəfən geyinərəm.
Kerri xala çərşənbə günləri qaqat sapıyla tikilən ağır
ipəkdən olan, yaxalığı boğazına tutmuş qara paltarda
olurdu, missis Lembertin isə paltarını ağ toxuma şal və
süni qaşlı, amma bahalı boyunbağı tamamlayırdı. Bala-
ca, möhkəm bədənli, sifətdən bişmiş almaya oxşayan,
saçını en brosse2 üslubunda qırxdırmış, tünd-qara rəng-
lənmiş gözəgəlimli bığları olan mayorun yaşı çoxdan
yetmişi adlasa da canı suluydu. Nahar zamanı o, ara-sıra
stolun altında Culiyanın ayaqlarını əlləyirdi, yemək
otağından çıxanda isə fürsət tapıb onun arxasını düm-
süklədi.
“Dayanmadan seks”. Əzəmətli yerişlə yaşlı xanım-
ların ardınca qonaq otağına sarı gedən Culiya ürəyində
deyindi.
Onlar Culiyanın nazını böyük aktrisa olduğuna
görə yox, səhhətinin axsadığına və istirahətə ehtiyacı
olduğuna görə çəkirdilər. Culiya kifayət qədər tez başa
düşdü ki, onlar nəinki onun məşhurluğundan qürur

1 kanot – xalata oxşar qadın və ya kişi paltarı
2 brosse – kirpi – (fran.) – saç düzümü

227
   222   223   224   225   226   227   228   229   230   231   232