Page 222 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 222
yam Somerset Moem

çıxacaqdı. Onlara xoş gəlmək üçün bütün gücünü ortaya
qoyacaqdı. Maykla indiki sevgisi və uzun illər ona qarşı
ədalətsiz olması fikrinin bir an da başından çıxmaması
onda səmimi tövbə hissi oyatmışdı. O, xudbin və qəddar
olmuşdu, amma çalışacaqdı ki, günahını yusun. Özünü
qurban vermək istəyirdi və anasına yazdı ki, mütləq
gəlib onun qonağı olacaq.

Culiya çox təbii bir şəkildə sonuncu günə qədər
Tomla görüşdən yayına bildi. Oynadığı pyesin sonuncu
nümayişi yola çıxmazdan bir gün qabaq oldu. Qatar
axşam tərpənəcəkdi. Tom onunla görüşə, təxminən,
altıda gəldi. Evdə Maykldan savayı, Çarlz Temerli və
dostlardan bir neçəsi var idi. Deməli, onu hətta bir
dəqiqə belə Tomla tək qalmaq təhlükəsi gözləmirdi.
Onunla çox sərbəst tərzdə danışmaq Culiya üçün heç də
çətin olmadı. Qorxurdu ki, Toma baxanda dəhşətli əzab
çəkəcək, amma onun əvəzinə, sadəcə, ürəyində küt bir
ağrı hiss etdi. Culiyanın yola çıxacağı zaman və məkan
gizli saxlanılırdı. Başqa cür desək, onların mətbuatla
əlaqələr üzrə nümayəndəsi cəmi bir neçə qəzetə zəng
vurmuşdu və Culiya Mayklla vağzala gələndə orada
cəmi on qəzetçi, onların da arasında üç fotoreportyor var
idi. Culiya onlara bir neçə xoş söz dedi, Maykl da o
sözlərə bir-iki özününkünü əlavə etdi. Sonra onların
nümayəndəsi qəzetçiləri kənara çəkib Culiyanın gələcək
planları barədə məlumat verdi. Bu zaman fotore-
portyorların fotoaparatlarının işığı Culiya ilə Mayklın
surətini zamana həkk eləməklə məşğul idi. Onlar perron
boyu əl-ələ gəzirlər, qarşılıqlı vida öpüşü və sonuncu
kadr: vaqonun pəncərəsindən yarıyacan çölə çıxan Culi-
ya əlini perronda dayanan Maykla uzadır.

Culiya:
– Bu camaat məni lap boğaza yığıb, – dedi. –
Bilmirsən, əllərindən hara qaçasan.
– Görən, sənin getdiyini haradan iyləyib biliblər?
Təsəvvürümə belə gətirə bilmirəm.

222
   217   218   219   220   221   222   223   224   225   226   227