Page 221 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 221
Seçilmiş əsərləri
taleyiylə barışmışdı. Onda elə bir hiss vardı ki, xoşbəxt
günləri artıq geridə qalıb. Köks ötürə-ötürə öz-özünə
deyirdi ki, daha heç kimə lazım deyil. Maykl ona Vya-
naya getməyi təklif etdi. Əslində, özü də Rocerə yaxın
olmaq istəyirdi. Amma bu təklifə başını buladı:
– Mən ona orada mane olacam.
Culiya oğluna yük olacağından qorxurdu. Rocer
Vyanadakı həyatından həzz alır. Niyə axı onu bu ləz-
zətdən məhrum etsin. Rocer ona müxtəlif yerləri gös-
tərməyi, ara-sıra onu nahara, yaxud lança dəvət etməyi
öz darıxdırıcı vəzifəsi hesab edəcəkdi ki, bunu fikir-
ləşməyin özü belə Culiya üçün dözülməz idi. Tamamilə
təbiidi ki, Rocerə orada dostlaşdığı yaşıdlarıyla vaxtını
keçirmək daha maraqlıydı.
Culiya anasının yanına getməyi qərara aldı...
Mayklın israrla “madam de Lamber” çağırdığı mis-
sis Lembert artıq uzun illər idi ki, bacısı madam Falluyla
birlikdə Sen-Malo adasında yaşayırdı. Hər il o, bir neçə
gün Londonda Culiyaya qonaq olurdu, amma bu il
səhhəti imkan vermədiyindən gələ bilməmişdi. O artıq
qocaydı, yaşı yetmişi ötmüşdü və Culiya bilirdi ki, əgər
qızı bir xeyli yanında qalsa, o, çox xoşbəxt olar. Vyanada
ingilis aktrisa kimə lazımdı? Orada o heç kimdi, amma
Sen-Maloda Culiya nüfuz sahibi idi və onu dostlarına
göstərib onların qarşısında forslanmaq hər iki qarıya
böyük məmnunluq gətirərdi: “Ma fille, la plus grande
actrice d`Angleterre”1 və ilaxır.
Yazıqlar elə qocadılar ki, axırlarına da bir elə
qalmayıb və bu insanlar necə də sükunətli, yeknəsəq
həyat sürürlər. Əlbəttə, Culiya dəhşətli darıxacaq, amma
əvəzində, onlara nə boyda sevinc bəxş edəcək! Culiya
özünə etiraf eləyirdi ki, özünün parlaq, zəfər dolu həyatı
anasını ona unutdurub. İndi o, hamısının əvəzini
1 Mənim qızım böyük ingilis aktrisasıdır (fran.).
221