Page 216 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 216
yam Somerset Moem
kürsüsündə görürdü. Culiya odasına keçəndə özü də
gözləmədən Mayklı gördü.
– Salam. Sən zaldaydın?
– Hə.
– Axı sən bir neçə gün əvvəl də gəlmişdin.
– Hə, mən bu tamaşanın artıq dördüncü axşamdı ki,
birini də ötürmürəm.
Culiya soyunmağa başladı. Maykl kreslodan qalxıb
otaqda var-gəl eləməyə başladı. Culiya ona baxdı. Maykl
dilxor görünürdü.
– Nə məsələdi?
– Bunu mən səndən öyrənmək istəyirəm.
Culiya səksəndi. Fikrindən keçdi ki, o, yenə Tom
barədə nəsə eşidib. Culiya soruşdu:
– Bu Evi hansı cəhənnəmdə qalıb?
– Mən xahiş elədim ki, çıxsın. Sənə sözüm var,
Culiya. Özü də səsini başına alıb eləmə. Mənə qulaq
asmalı olacaqsan.
Culiyanın bütün bədəni əsdi.
– Yaxşı, de gəlsin.
– Qulağıma çoxdan söz çatmışdı, amma qərara
aldım ki, nə baş verdiyini öz gözlərimlə görüm. Əvvəl
elə bildim, bu, təsadüfdü. Ona görə də özüm tam əmin
olmayana qədər susdum. Sənə nə olub, Culiya?
– Mənə?
– Hə, sənə. Niyə belə iyrənc oynayırsan?
Bircə bunu gözləmirdi. Culiyanın gözlərində, elə
bil, şimşək çaxdı.
– Nə? Axmaq insan, mən ömrüm boyu belə yaxşı
oynamamışam!
– Boş sözdü. Sən dözülməz dərəcədə pis oyna-
yırsan.
Culiya rahatlıqla nəfəs aldı. Şükür ki, söhbət Tom-
luq deyilmiş, amma Mayklın sözləri elə gülünc idi ki, nə
qədər əsəbi olsa da, Culiyanın dodaqları qaçdı.
216