Page 211 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 211
Seçilmiş əsərləri

san. Mən hər şeyə kifayət qədər geniş baxmağıma görə
özümə toxtaqlıq verirəm. Mən aktyor olsam da, özümə
görə bir centlmenəm axı. Və… mən… mən demək istə-
yirəm, bu elə pis işdi ki”.

Maykl evə günorta gəlib-çıxdı. Culiyanın otağına
keçəndə o dincəlirdi. Maykl uik-endi necə keçirdiyindən
və qolfun hansı nəticəylə bitdiyindən danışdı. O, çox
yaxşı oynayırdı, bəzi zərbələri isə, sadəcə, baxmağa iki
göz istəyirdi. Maykl oyunu barədə hər şeyi xırdalıq-
larınacan təsvir edirdi.

– Yeri gəlmişkən, dünən axşam baxmağa getdiyin o
qız necədi, bəyəndinmi? Nəyəsə yarayacaq?

– Bilirsən, hə deyəcəm. Çox qəşəngdi. Sən o dəqiqə
vurulacaqsan.

– Əzizim, bu yaşımdamı?! Bəs oynamağı necə, ba-
carırmı?

– Təbii ki, təcrübəsi azdı. Amma mənə elə gəlir,
onda nəsə var.

– Neynək, onu çağırıb diqqətlə nəzərdən keçirmək
lazımdı. Onunla necə əlaqə saxlamaq olar?

– Tomda ünvanı var.
– Gedib ona zəng eləyim.
Maykl dəstəyi götürüb Tomun nömrəsini yığdı.
Tom evdəydi. Maykl ünvanı kitabçasına qeyd elədi.
Pauza yarandı. Tom ona nəsə deyirdi.
– Belə de, köhnə dost… Bunu eşitdiyimə çox təəssüf
eləyirəm. Hə, heç yaxşı olmadı.
Culiya soruşdu:
– Nə məsələdi?
Maykl ona susmağı işarə elədi.
– Mən səni tələsdirməyəcəm, narahat olma.
Əminəm ki, biz səni təmin edən ümumi razılığa gələ
biləcəyik.
Ardınca Maykl əliylə dəstəyin ağzını qapadı, Culi-
yaya sarı dönüb soruşdu:

211
   206   207   208   209   210   211   212   213   214   215   216