Page 207 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 207
Seçilmiş əsərləri
Culiya elə təbii və məzəli tərzdə danışırdı ki, indi
onun bu dözülməz dərddən ürəyinin tikə-parça oldu-
ğunu heç kim ağlına gətirməzdi. Culiya cavabı onu
havalandırmaq həddinə gətirən vahiməylə gözləyirdi.
Tom həyəcan dolu baxışlarını ona zilləyib:
– Çox təəssüf eləyirəm, Culiya, amma mən özümə
hörmət hissini geri qaytarmalıyam, – dedi. – Mənə qarşı
acıqlı deyilsən ki?
Culiyanın gözləri hiyləgər təbəssümlə əyildi:
– Nəyə görə? Ona görə ki, sən öz havalı hisslərini
məndən Evis Kraytona ötürdün? Əlbəttə, yox, əzizim.
Bir də ki, axı sən aktyor tayfasına xəyanət eləməmisən.
– Mənə elədiklərinə görə sənə elə minnətdaram ki.
İnkar eləməyi ağlına da gətirmə.
Culiya ayağa qalxıb:
– Bəsdi, balaca, boş-boş çərənləmə, – dedi. – Amma
indi, doğrudan da, yatmaq vaxtıdı. Sənin sabah idarədə
ağır iş günündü, mən də it kimi yorulmuşam.
Tomun, elə bil, çiynindən yük boşaldı. Amma ürə-
yini nəsə bir şühbə yeyirdi. Onu Culiyanın səsindəki ton
narahat eləmişdi: xeyirxah, amma bununla yanaşı, həm
də azacıq kinayəli. Tomda elə bir hiss vardı ki, bəs onu
axmaq yerinə qoyublar. O, Culiyaya yaxınlaşıb yatmaz-
dan öncə öpmək istədi. Culiya biranlıq tərəddüd elədi,
sonra dost təbəssümüylə növbəylə hər iki yanağını ona
uzatdı. Qurduğu əsnəmək səhnəsində əliylə ağzını tu-
tub:
– Sən, yəqin, öz otağının yerini tanıyırsan, – dedi. –
Mən elə yatmaq istəyirəm ki!
Tom çıxanda Culiya işığı söndürüb pəncərəyə
yaxınlaşdı. Gizlincə pərdə arxasından çölə baxdı. Çöl
qapısı çırpıldı və Tom küçədə göründü. Ətrafa baxdı.
Culiya başa düşdü ki, o, taksi axtarır. Görünür, gözünə
taksi dəymədiyindən Tom piyada parka tərəf addımladı.
Culiya bilirdi ki, o, bu şad xəbəri çatdırmaq üçün Evis
207