Page 204 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 204
yam Somerset Moem
siz olmuşdu, sifətində hətta yüngülvari bir pərtlik də var
idi. O, Culiyanın gözlərinə baxa bilmirdi, sifəti təzədən
tutulmuşdu. Bu, həlledici an idi. Bir neçə dəqiqəni sükut
içində keçirdilər. Ürəyinin hər döyüntüsü Culiyaya ağrı
verirdi. Nəhayət, zorla da olsa, dilinin qıfılını açdı: gülə-
gülə:
– Mənə de görüm sən Evis Kraytonla yatmısan?
– Tom qışqırdı:
– Əlbəttə, yox!
– Niyə? Qəşəng qızdı.
– O, elələrindən deyil. Mən ona hörmət eləyirəm.
Culiya içini bürüyən hisslərdən birini də üzünə
çıxarmırdı. Səsinin tonundan heç kimin ağlına gəlməzdi
ki, bu, ondan ötrü ölüm-dirim söhbətidi. Sanki, o, impe-
riyaların süqutundan, yaxud kralların ölümündən danı-
şırdı.
– Bilirsən, mən nə deyərdim? Deyərdim ki, sən ona
dəlicəsinə vurulmusan.
Tom hələ də onun baxışlarından qaçırdı.
– Sən təsadüfən onunla nigah bağlamamısan?
– Yox.
Tom indi gözünü ona dikmişdi, amma düşmən
baxışlarla.
– Sənə ərə gəlməsini ondan xahiş etmisən?
– Mən niyə belə elədim?! Mən ən iyrənc adamam!..
O elə çılğın danışırdı ki, hətta Culiyanı da heyrət-
ləndirdi.
– Səni and verirəm, de görüm, bu, nə sayıqlamadı?
– Niyə gizlənqaç oynayaq axı? Mən abırlı bir qıza
necə evlənmək təklifi eləyə bilərəm? Mən özüm kiməm?
Başqasının saxladığı bir kişi. Həm də Tanrı şahiddi ki,
bu, sənə başqalarından daha yaxşı məlumdu.
– Dəlilik eləmə. Zəhrimara qalmış o bir-iki hədiy-
yənin söhbəti nə uzun çəkdi.
204