Page 205 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 205
Seçilmiş əsərləri

– Mən onları səndən götürməli deyildim. Lap əvvəl-
dən bilirdim ki, düz iş tutmuram. Hər şey elə yavaş-
yavaş oldu ki, iş işdən keçənəcən nə baş verdiyini özüm
də anlamadım. Məni içinə itələyib saldığın həyat cibimə
uyğun deyildi. Vəziyyətdən necə çıxacağımı bilmirdim.
Ona görə də səndən pul almalı oldum.

– Niyə də almayasan? Mən onsuz da çox varlıyam.
– Sənin o var-dövlətinə lənət olsun!
Bir badə viskini Tom əlində tutmuşdu. Qəflətən onu
haldan çıxaran bu hiddətin diqtəsiylə onu sobaya çırpdı.
Badə cilik-cilik oldu.
Culiya gülümsünüb:
– Hər halda, xoşbəxt ailə ocağını söndürmək lazım
deyil, – dedi.
– Bağışla. Mən istəmirdim.
Tom təzədən özünü kresloya yıxıb üzünü çevirdi.
– Özüm özümdən xəcalət çəkirəm. Özümə azca da
hörmətim qalmayıb. Elə bilirsən, bu, adama xoş gəlir?
Culiya susmuşdu, deməyə söz tapa bilmirdi.
– Dara düşəndə sənə kömək eləmək mənə təbii bir
şey kimi görünürdü. Mənə bu, sadəcə, məmnunluq gəti-
rirdi.
– Hə, sən həmişə incə hərəkət eləmisən. Sən məni
əmin eləmişdin ki, borclarımı ödəməyinə icazə verəndə
az qala sənə xidmət göstərmiş oluram. Sən mənim əclaf-
lığa gedən yolumu hamarlamışdın.
– Əgər belə düşünürsənsə, çox təəssüf.
Tom beləcə sancmağındaydı və Culiya artıq əsəbi-
ləşirdi.
– Sənin təəssüflənməyinə ehtiyac yoxdu. Sən məni
almaq istəyirdin, məni də aldın. Mənim bu qədər aşağı-
lanıb özümü satışa çıxarmağım sənin yox, mənim bəd-
bəxtliyimdi.
– Çoxdan özünü bu cür hiss eləyirsən?
– Lap əvvəldən.

205
   200   201   202   203   204   205   206   207   208   209   210