Page 208 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 208
yam Somerset Moem

Kraytonun olduğu şənliyə tələsir. Culiya kresloya yıxıl-
dı. O, bütün axşamı oynamışdı, bütün ömrü boyu oyna-
madığı bir şövqlə oynamışdı və indi özünü tamamilə
əzgin hiss eləyirdi. Göz yaşları – bu dəfə özündən başqa
heç kimin görmədiyi göz yaşları yanaqlarıyla axdı. Ah,
o necə də bədbəxtdi! Əgər onu əsl ifanın nə olduğunu
təsəvvür belə eləməyən üçüncüdərəcəli bir aktrisaya
dəyişən o axmaq oğlana qarşı onda indi heç cür qarşısını
ala bilmədiyi bu dəhşətli nifrət olmasaydı, Culiya bu
ağrıya çətin dözərdi. Bu inanılası deyildi. Evis Krayton
nəinki əlini gizlətməyə yer tapa bilmir, hətta o, səhnədə
yeriməyi də hələ bacarmır.

“Əgər yumor hissim məni tərk eləməsəydi, yıxıla-
nacan gülərdim. Bundan gülməli şey görməmişəm”. Cu-
liya ağladı.

Maraqlıdır, görən, Tom nə fikirləşir? Rübün so-
nunda mənzil haqqı ödənilməlidir. Demək olar ki,
mebellər hamısı ona məxsusdu. Çətin ki, o, Tevistok-
skverdəki o kasıb otağına qayıtmaq istəsin. Culiyanın
yadına düşdü ki, onun köməkliyilə Tom özünə yeni
dostlar qazanıb. O, onlarla münasibətlərində ağıllı hərə-
kət eləyirdi, onlara faydalı olmaq istəyirdi. Onlar onu
darda qoymazlar. Amma Evisi istədiyi hər yerə aparmaq
ona asan başa gəlməyəcək. O şirin qızcığaz kifayət qədər
həris məxluq, Tomun pulu sovrulan kimi Evisin o adda
adamı yaddaşından siləcəyinə Culiya şübhə eləmirdi.
Gərək nə qədər ağılsız olasan ki, onun qarmağına
keçəsən. Onun mömin insanına bir bax! Uşaq da bilir ki,
o, “Siddons-teatr”da rol almaq üçün ondan istifadə
eləyib və istədiyinə çatan kimi ona qapını göstərəcək.
Culiya bu fikirdən diksindi. Toma Evis Kraytonu “İndiki
zəmanə”yə götürməsinin səbəbini onun özünün qur-
duğu mizansəhnəyə uyğun gəlməsiylə izah eləmişdi.
Amma Culiya, sadəcə, söz demişdi, vəssalam. Bir də ki,
belə şeylərin əleyhinə olmaq üçün onun həmişə ehti-
yatda Mayklı var idi.

208
   203   204   205   206   207   208   209   210   211   212   213